"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. Əyalət klubunda qalıb-qalmayacağı dəqiqləşməyən futbolçu həm özünün, həm də komandanın gələcəyindən danışıb.
- Mövsümün sonunda "Qəbələ" ilə müqavilən başa çatdı. Komandada qalacaqsan, yoxsa?..
- Məsələ hələ açıq olaraq qalır. Komandanın hazırlıqlarında iştirak etmirəm. Yeni mövsümdə harada oynayacağımı özüm də bilmirəm.
- Başqa təkliflərin var?
- Bəli, var. Amma hələ götür-qoy edirəm. Hansı qərarı verəcəyimi bilmirəm. Bu yaxınlarda seçimimi edəcəyəm. Uzağı bir həftə ərzində hər şeyə aydınlıq gələcək.
- Bu yay aparıcı futbolçuların əksəriyyəti "Qəbələ"ni tərk etdi. Səncə, bu amil komandanın Avropa Liqasındakı çıxışına necə təsir edəcək?
- Aydın məsələdir ki, çətinlik olacaq. Demək olar ki, yeni komandadır. 1-2 nəfəri çıxmaq şərtilə bütün kollektiv dəyişdi. Nə qədər yaxşı oyunçular gəlsə belə, uyğunlaşma üçün vaxt lazım olacaq. Biz ötən mövsüm də bu problemi yaşadıq. Heyətimizdə təcrübəli futbolçular, yaxşı legionerlər olsa da, çətinliklə üzləşdik. Nəyin necə olacağını zaman göstərəcək.
- Çox güman ki, 2-ci təsnifat mərhələsində rəqib Tbilisi "Dinamo"su olacaq. Necə düşünürsən, Gürcüstan təmsilçisini keçmək olarmı?
- Futbolda hər şey mümkündür. "Dinamo" təcrübəli komandadır, heyətində yaxşı futbolçular var. Eşitdiyimə görə, hazırda bir neçə aparıcı oyunçusunu Avropa klubları istəyir. "Qəbələ"nin işi çox çətin olacaq. Ancaq futboldur, hər şey ola bilər. "Dinamo" keçiləsi rəqibdir. Sadəcə, indiki vəziyyətdə nəsə demək çətindir. Çünki "Qəbələ"nin heyəti yenilənib.
- Bəzi yerli futbolçuların, xüsusilə də "Qəbələ"nin öz yetirmələrinin belə çətin anda klubu tərk etməsi birmənalı qarşılanmadı. Onlar qalıb, komandaya kömək edə bilərdilər. Sənin bu məsələyə münasibətin necədir?
- Açığı, bir az çətin sualdır. Çünki futbolda hər şey ola bilər. Yəqin, hansısa şərtlərdə fikirlər üst-üstə düşməyib, ona görə gediblər. Bəlkə də şərtlər başqa cür olsaydı, qalardılar. Onların yerinə danışmaq istəmirəm. Yəqin, eləsi var ki, komanda Qəbələdə qalacağı üçün gedib. Bəziləri maliyyə şərtlərində razılığa gələ bilməyib. Bəzi futbolçular komandanın iddiasına görə ayrılıb. Özüm o yerdə olsaydım, nə edərdim? Onların yerində deyiləm, amma hansı qərarı verəcəyimi də bilmirəm. Ona görə düz və ya səhv etdiklərini deməkdə çətinlik çəkirəm. Səbəblərini özləri yaxşı bilir.
- "Qəbələ"dən əvvəl "Bakı", "Xəzər Lənkəran" kimi klublar oldu ki, əvvəlcə gəncləşdirmə siyasətinə getdi, iddiasını itirdi, ardınca isə dağıldı. Uzun illərdir "Qəbələ"dəsən. Bu komandanın gələcəyini necə görürsən?
- İnanmıram ki, "Qəbələ"də belə bir şey olsun. Komandanın akademiyası, 10-a yaxın stadionu var. Uşaq futbolu xeyli inkişaf edib. Düşünmürəm ki, "Qəbələ"nin dağılmağına imkan versinlər. Azərbaycan futbolu onsuz da çətin vaxtlarını yaşayır. Klub sayı azdır. "Qəbələ" də dağılsa, lap pis olacaq. Bakı birinciliyi keçiriləcək? İnanıram ki, müəyyən müddətdən sonra "Qəbələ"də hər şey yaxşı olacaq.
Elnur SALAHOV
"Milan" Fransa millisinin üzvünü transfer etdi
Marko Asensio "Fənərbaxça"da - Rəsmi
Millimiz DÇ-2026 matçları üçün məşqə çıxdı - Şəkillər
Gürcüstan millisinin üzvü La Liqa klubunda
"Sabah” - “İmişli” oyununda xüsusi qonaq
"Yuventus"dan "Atletiko"ya
"Liverpul"dan yeni transfer
PSJ-nin futbolçusu "Tottenhem"də
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
Viktor Lindelöf "Aston Villa"da - Rəsmi
Azərbaycan klubundan Mozambik millisinə çağırıldı
Aleksis Sançes La Liqa klubuna keçir
Santuşun mətbuat konfransının vaxtı bilindi
"Araz-Naxçıvan"ın futbolçusu "Səbail"ə keçdi
Krivotsyuk 90+8-ci dəqiqədə qələbə qolunu vurdu
"Bayer" Erik ten Haqı istefaya göndərdi
"Liverpul" İngiltərə futbolunun ən bahalı transferini edir
Azərbaycanlı futbolçu Avropa klubunda çıxış edəcək
"Zirə"nin iki legioneri milliyə çağırıldı
Donnarumma “Mançester Siti”yə transfer olunub
"Qalatasaray"ın futbolçusu “Sauthempton”a keçdi
"Şamaxı" yalnız iki klubdan geri qalır
Messinin komandasına finalda 3 cavabsız qol vurdular - Video
“Zirə”dən ən böyükhesablı qələbə
"Tarix yazmağa davam etmək istəyirik" - Toral Bayramov
“Türkiyənin ən şərəfli klubuna gəlmişəm” - Kerem Aktürkoğlu
"Liverpul"un futbolçusu "Roma"ya keçdi
"Fənərbaxça"dan səfər qələbəsi - Video
"Liverpul" "Arsenal"a qalib gəldi, "Mançester Siti" uduzdu
"Beşiktaş" Sergen Yalçınla ilk matçında məğlub oldu
"Yuventus"dan ardıcıl ikinci qələbə
"Biz belə nəticəni gözləmirdik" - Dambrauskas
"Böyük iş gördük" - "İmişli"nin baş məşqçisi
"İmişli"dən "Sabah"a baxımlı qələbə qolu - Video
"İmişli" "Sabah"a, "Qarabağ" "Karvan"a qalib gəldi
“Neftçi”nin bizi təbrik etməməsini ciddi qəbul etmədim”
“Danışıqlar çox çətinləşməyə başladı" - Qurban Qurbanov
"Qarabağ"ın "Karvan"a vurduğu 2 qol - Video
"Sabah" - "İmişli" matçı üçün - Heyətlər
Mahirin komandasından geridönüş