“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının ikinci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Premyer Liqada mövsümə məğlubiyyətlə başladınız. Oyunu necə şərh edərdiniz?
- Bəzi oyuçularımız meydana çıxmamışdı. “Sumqayıt”ın ilk görüşünə baxmışdıq. Rəqibi təhlil etmişdik. Bilirdik ki, heyətlərində səviyyəli futbolçular var. Buna görə də bizi çox ağır matç gözləyir. Gözlənilməyən qol buraxdıq. Bunun da acısını çəkdik. Hesabda geri düşdükdən sonra çalışdıq ki, məğlubiyyətdən qaçaq. Rəqibi təzyiq altında saxlasaq da, qol vura bilmədik. Artıq bu oyunu unudub növbəti matçlara baxmalıyıq.
- Meydana ikinci heyətlə çıxdığınızı nəzərə alsaq, düşünmək olar ki, “Qarabağ”ın bütün fikri “Ferensvaroş”la cavab oyunundadır?
- Birinci heyət, yaxud ikinci heyət baxımından əziyyət çəkmirik. “Sumqayıt”la matçda ilk “11-lik”də yer alan futbolçuların arasında da matçın taleyini həll edə biləcək oyunçular var idi. Sadəcə alınmadı.
- “Ferensvaroş”la cavab matçından gözləntiləriniz nədir?
- İlk matçı təhlil edəcəyik. Səfərdə qələbə qazansaq da, hələ heç nə bitməyib. Bəziləri düşünür ki, 3:1-lik qələbədən sonra cütün taleyi həll olunub. Xeyr, elə şey yoxdur. Rəqib futbolçular da Bakıya yalnız qələbə üçün gələcəklər. Biz də əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və mərhələ adlayaq.
- Rəqib futbolçular qeyd edirlər ki, “Qarabağ” özünü turu keçmiş kimi aparır. Buna münasibətiniz necədir?
- Oradakı matçdan sonra komanda şəklində danışdıq. Baş məşqçimiz də bildirdi ki, heç kim rahatlaşmasın. Hələ heç nə bitməyib. Bakıdakı matça hazırlaşmalıyıq.
- Rəqib “Qarabağ”ın futbolçularının vurduqları qolları çox çılğınıqla qeyd etməsini qabardır. Sizcə, bu fikir absurd deyil?
- Qolu qeyd etməyimiz normaldır. Hesabda geri düşürsən və sonra geridönüş edirsənsə, niyə də sevinməyəsən? Əslində, biz ilk hissədə də “Ferensvaroş”dan geri qalmırdıq. Qol vurmuşuqsa, sevinməliyik.
- Artıq cavab oyununun biletləri satışa çıxıb...
- Bilet verim? (gülür)
- Xeyr, təşəkkür. Biletlər satışa çıxıb və anşlaq gözlənilir. Azarkeşlərə nə demək istərdiniz?
- Əvvəlki oyunlarda da azarkeşlərimiz yanımızda olublar. Bu dəfə də möhtəşəm dəstək gözləyirik. İnanırıq ki, onların dəstəyi ilə birlikdə mərhələni adlayan tərəf olacağıq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi