"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Komandanın hazırlıq planı haqda danışan mütəxəssis transfer məsələsinə də toxunub.
- Yəqin ki, təlim-məşq toplanışı ilə bağlı plan təsdiqlənib. Komanda nə vaxt bir araya gələcək?
- İyunun 15-də Qəbələdə yığışacağıq. 29-da isə toplanışın ilk mərhələsinə yoxlama oyunu ilə yekun vuracağıq. Bakıda "Zirə" ilə qarşılaşacağıq. Görüş böyük ehtimalla rəqibin meydançasında olacaq. Daha sonra Bakıda bərpa prosesi keçib, iyulun 4-də Türkiyəyə uçacağıq. Boluda 2 həftəlik hazırlıq prosesi olacaq. Toplanış müddətində 3 yoxlama matçı keçirəcəyik. Oyunlar iyulun 7-si, 12-si və 17-si olacaq. Püşkatmanın nəticəsindən asılı olaraq, vətənə də qayıda bilərik, Avroliqada ilk oyunumuzu keçirəcəyimiz ölkəyə də gedə bilərik.
- Yoxlama oyunlarındakı rəqibləriniz dəqiqləşib?
- Yox, hələ rəqiblər bilinmir. Danışıqlar gedir. Çalışırıq ki, təyin olunmuş günlər üçün rəqiblərlə razılıq əldə edək.
- Mövsüm başa çatdıqdan sonra bir neçə aparıcı futbolçu "Qəbələ"ni tərk etdi. Bundan sonra da gedənlər olacaq?
- Artıq gedənlər və qalanlar bilinir. Artıq İlqar Qurbanovla da yollar ayrıldı. Yəqin ki, Asif Məmmədovla komandada qalması ilə bağlı razılıq əldə olunacaq.
- Yəqin ki, yeni oyunçular alınacaq...
- Bəli, olacaq. İzlədiyimiz futbolçular var. Büdcəmizə uyğun oyunçular axtarırıq. Bir neçəsini bəyənmişik, onlarla danışıq aparırıq. Qəbələ toplanışına çatmasa da, çalışacağıq ki, Boluda olsunlar.
- Neçə legioner götürmək istəyirsiniz?
- Üç legioner götürmək istəyirik. Amma vəziyyətə baxacağıq. Bəzi yerli futbolçular da baxışa gələcəklər. Onları da izləyəcəyik.
- Ötən mövsüm komandanın ən yaxşı futbolçularından biri olan Ceyms Adeniyinin satılacağı deyilirdi. Onunla bağlı məsələ nə yerdədi? Fikrinizi dəyişmisiniz?
- Adeniyinin bizimlə müqaviləsi var. Təklifləri var, bunu da klub dəyərləndirəcək. Onun məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək. Hər şey ola bilər. Qala da bilər, gedə də.
- Davit Volkovun "Qəbələ"də qalacağı deyilsə də, adı bəzi Bakı klubları ilə hallanmağa başlayıb...
- Volkov komandamızdadır. Mövsümün sonuna kimi bizimlə bir yerdə olmalıdır. Düzdür, təklifləri var, amma biz onunla yola davam etmək istəyirik. Yəqin ki, Volkov "Qəbələ"də qalacaq.
- Geridə qalan mövsümdə özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Amin Seydiyev oldu. Onunla "Qarabağ"ın yaxından maraqlandığı deyilir. Cinah müdafiəçisi ilə bağlı rəsmi təklif almısınız?
- Amin Seydiyev ötən mövsüm çox yaxşı çıxış etdi. Ona görə də təklif gəlməyi normaldır. Adının "Qarabağ"la hallanması isə lap yaxşıdır. Bəlkə də maraqlanıblar, ancaq rəsmi təklif yoxdur. Əgər gənc futbolçularımıza ölkə xaricindən təklif gəlsə, rəhbərlik mütləq dəyərləndirəcək. Çünki oyunçularımızın legioner həyatı yaşamasını istəyirik.
Elnur SALAHOV
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi