"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Çoxlu sayda qol epizodları yaratdıq və heç birindən yararlana bilmədik. Düşünürəm ki, çox yaxşı oyun keçirdik.
- Qol epizodlarından yararlana bilməməyiniz nə ilə bağlı idi: həyəcanla, yoxsa ustalıq səviyyəsi ilə?
- Biz heç Premyer Liqanın oyunlarında bu qədər çox qol epizodu yaratmırıq. Çoxlu sadə epizodlarda fərqlənməyi bacarmadıq. Oyun bizim üçün qorxulu yuxu kimi keçdi. Düzdür, sonda bütün komanda ilə irəli atıldığımız üçün "Arsenal" da bir neçə qol epizodu əldə etdi. Bəlkə də Avroliqadakı ən yaxşı oyunlarımızdan birini keçirdik.
- Kənardan oyunu izləmək necə hiss idi: Meydana daxil olub oynamaq istəyirdiniz?
- Oyunu sakit şəkildə izləyirdim. Bir neçə real qol epizodunu əldən verdikdən sonra sanki içimdə elə hiss yarandı ki, meydandan yaxşı nəticə ilə ayrıla bilməyəcəyik. Belə oyunlarda əlinə düşən şansları boşa xərcləyəndə istədiyin nəticəni qazana bilmirsən.
- Azarkeşlərlə bağlı nə deyə bilərsən? 2 və 3-cü qoldan sonra artıq stadionu tərk edirdilər...
- Buna fikir vermədim. Bizə möhtəşəm dəstək oldular. Hər birinə təşəkkür edirik. Yaxşı nəticə qazanıb onları sevindirmək istəyirdik, amma olmadı.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi