“İnter”in baş məşqçisi Zaur Svanadze Qol.az saytına müsahibə verib. Komandanın cari mövsümdəki çıxışını dəyərləndirən gürcü mütəxəssis klubun Müşahidə Şurasının sədri Zaur Axundovun fikirlərinə də münasibət bildirib.
- “İnter” turnir cədvəlində təhlükəli mövqedə qərarlaşıb. Komandanız 8 xalla 7-ci pillədədir. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək istərdim...
- Bəli, turnir cədvəlindəki mövqeyimiz heç də yaxşı deyil. Aşağı yerlərdə gedirik. Nə deyə bilərəm? Autsayderlər qrupundan uzaqlaşmaq üçün işləməliyik. Əlimizdən başqa heç nə gəlmir.
- Geridə qalan 9 turda cəmi 2 qələbə qazanmısınız ki, bunlardan da biri “Kəpəz”lə oyunda olub. Növbəti matçınız Gəncə klubuna qarşıdı. Komandada ab-hava necədi?
- Əhval-ruhiyyə həmişəki kimidi. Oyuna hazırlaşırıq. Bilirik ki, bizi çox ağır oyun gözləyir. Bunu hər dəfə mətbuat konfranslarında da deyirəm ki, yeni ilə qədər bizə çətin olacaq. Komandanı oyunlara kökləməyə, əvvəlki ruhu qaytarmağa çalışırıq. Baxaq görək, necə olur.
- “Kəpəz”lə oyuna yeni - “Keşlə” adıyla çıxacaqsınız. Bu haqda nə deyə bilərsiniz?
- “İnter” adı ilə yaxşı oyunlarımız olub. Çalışıb-vuruşmuşuq, hər zaman Avroliqaya vəsiqə qazanmışıq. Bacardığımız qədər eyni şeyləri “Keşlə” adı ilə də etməyə çalışacağıq.
- Futbolçular tez-tez pul məsələsini ortaya atırlar. Maaşlarınızı vaxtı-vaxtında ala bilirsiniz?
- Əlbəttə, bəzi xırda məsələlər var. Maaşlarımızı müəyyən gecikmələrlə alırıq. Amma bu, elə də ciddi problem deyil.
- Klubun Müşahidə Şurasının sədri Zaur Axundov bugünkü müsahibəsində bildirib ki, bu cür davam etsə, qışda baş məşqçi dəyişikliyi ola bilər. Bu, sizi narahat edir?
- Yox, narahat etmir. Zaur Axundov klubun rəhbəridir. Komandada qalıb-qalmayacağıma da o qərar verəcək. Bu barədə mən nəsə deyə bilmərəm. Ancaq bu da gerçəklikdir ki, komanda heyət baxımından əziyyət çəkir. Bilirsiniz ki, FİFA kluba transfer qadağası qoymuşdu, yeni futbolçular ala bilmədik. Belə heyətlə mübarizə aparmaq asan deyil. Amma yenə deyirəm, hər şeyi rəhbərlik həll edir.
- Qış fasiləsində yeni transferlər gözlənilir?
- Bəli. Ümid edirəm ki, yeni oyunçular alınacaq.
- Deyəsən bu istiqamətdə artıq ilk addımı atmısınız. Vaqif Cavadov “İnter”lə məşq edir...
- Qışa qədər bizimlə məşq edəcək. Özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalacaq. Ancaq indidən bu haqda danışmaq, düşünürəm ki, çox tezdir.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov