Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
Səbətlər müəyyənləşdi - DÇ-2018
UEFA Pedro Enrikeni cəzalandırdı
Linklər
525ci Qəzet

“Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
A A A

[24.07.2017]
“Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – <b style="color:red"> “Qarabağ”ın tarixi oyunu</b>

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

21 il əvvəl Finlandiyada Azərbaycan futbolunun tarixinə düşən bir oyun keçirildi. Bu, 1996/1997-ci il mövsümünə təsadüf edir. Həmin vaxt UEFA-nın Kuboklar Kuboku yarışında mübarizə aparan Ağdam klubu püşkə əsasən ilk mərhələdə Finlandiyanın “MüPa-47” klubu ilə üz-üzə gəldi. İlk matç avqustun 8-də Bakıda keçirildi. 82-ci dəqiqədə penaltidən top buraxan “Qarabağ” 0:1 uduzdu. Əslində çoxları təmsilçimizin cavab matçında daha pis nəticə göstərəcəyini düşünürdü. Çünki o dövrdə Azərbaycan klublarının səfərdən yaxşı nəticə ilə dönəcəyi inandırıcı deyildi. Ancaq “Qarabağ” Finlandiyada daha yaxşı oynadı və Bəxtiyar Musayevin 27-ci dəqiqədə vurduğu qolla əsas vaxtı 1:0 öz xeyrinə bitirdi. Bəri başdan qeyd edək ki, bu, Azərbaycan futbolunun UEFA yarışında səfərdə əsas vaxtda qalib gəldiyi oyun idi.

 

8 avqust 1996-cı il

Kuboklar Kuboku, birinci təsnifat mərhələsi

İlk oyun

“Qarabağ” (Azərbaycan) – “MüPA-47” (Finlandiya) – 0:1
Qol
: Sami Mahlio, 82-pen.

“Qarabağ”ın heyəti: Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 83), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov, 46), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov (k), Nazim Əliyev.

22 avqust

Cavab oyunu

“MüPA-47” – “Qarabağ” – 1:1 (əlavə vaxtda)
Qollar:
Bəxtiyar Musayev, 27 (0:1), Mauri Keskitalo, 120 (1:1)

“Qarabağ”ın heyəti: Cəmaləddin Əliyev, Mais Əzimov (Emin Salmanov, 118), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov (k), Səttar Əliyev.

 


Həmin görüşdə komandamız mərhələ keçməyə də yaxın idi. Çünki 120-ci dəqiqəyə kimi hesab dəyişməmişdi. Lakin təəssüf ki, hamının penaltilər seriyasını gözlədiyi bir vaxtda “MüPa-47” bərabərlik qolunu vuraraq mərhələni adlayan tərəf oldu. Maraq üçün bildirək ki, finlandların növbəti mərhələdəki rəqibi nəhəng “Liverpul” oldu. “Enfild”də keçirilən oyunda 3:1 hesablı qələbə qazanan ingilislər Helsinkidəki görüşdə də rəqibini üstələdi - 1:0. Göründüyü kimi, “Qarabağ” hələ 1996-cı ildə “Liverpul”u Bakıya gətirməyə yaxın idi.

“MüPa-47” ilə səfər oyununda qazanılan xal da çox əhəmiyyətli idi. Bu xal avrokuboklarda qazandığımız ilk səfər xalı kimi tarixə düşdü.

O dövrdə “Qarabağ”ın baş məşqçisi Elbrus Abbasov idi. Bu vəzifədə Ağasəlim Mircavadovu əvəzləyən Abbasov komandaya yad sima deyildi, əslən ağdamlı və klubun yaradıcılarındandı. Elbrus Abbasovla söhbətdə 21 il əvvəl keçirilən oyunlar haqda danışdıq.

“Heç milli komanda da “Qarabağ” kimi oynaya bilmirdi”

- Bizim çox yaxşı heyətimiz vardı. Həmin futbolçuların əksəriyyəti bu gün məşqçilik edir. Tərlan Əhmədov, Aslan Kərimov, Müşfiq Hüseynov, Təbriz Həsənov, Elmir Xankişiyev, Vadar Nuriyev, Mirbağır İsayev, Bəxtiyar Musayev kimi futbolçularla çıxış edirdik. O heyət milli komanda səviyyəsində idi. Heç milli komanda da “Qarabağ” kimi oynaya bilmirdi. Ancaq futbolçuların müəyyən çətinlikləri vardı. Hər gün məşq üçün Sumqayıta gedirdilər. Bəzən “Dalğa” mehmanxanasında qalırdılar. Bunun hamısı xərc idi. Hər gün evdən 100 dollar götürüb, futbolçulara xərcləyirdim. O zaman Ağdamın icra hakimi olan Həsən Sarıyev bizə maddi cəhətdən köməklik edirdi. Ayda 3 min manat pul göndərirdi. Sağ olsunlar, başqa ağdamlılar da bizə kömək edirdilər. Ancaq onların da böyük imkanı yox idi. Kimin gücü nəyə çaıtdırdısa, onu edirdi. Yəni futbolçularımız belə bir çətin dövrdə oynayırdılar. İndi futbol oynamağa nə var ki. Futbolçuların indi qazandıqları pulları mənə versəydilər, təkayaqlı oynayardım. Təsəvvür edin ki, oyunçular ayda 100 dollar maaş alırdılar, ancaq zədəli olanda ağrıkəsici iynə vurub meydana çıxırdılar. Çünki uşaqlarda vətənpərvərlik, Qarabağ sevgisi var idi. 
Hazırlığı Sumayıtdakı bazamızda keçdik. İndiki kimi ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmurdu. Ancaq klubun o vaxtkı prezidenti Nazim Abdullayev (o dövrdə “NNN bank”ın prezidenti idi – red.) bizə hər şəraiti yaradırdı. Hazırlığımızın bir hissəsi Qubada oldu.



“Qarabağ”ın avrokuboklarda debüt oyunu

Avrokuboklarda ilk oyunumuza çıxırdıq. Bakıdakı görüşdə komanda çox istəkli idi. Yaxşı da oynadıq. Təəssüf ki, oyunun sonuna yaxın Təbriz Həsənov çölə gedən topa toxundu. Top qapı xəttindən 3-4 metr kənara gedirdi. Təbriz də bunu işarə vermək üçün əlini qaldırmışdı. Adətən, müdafiəçilər qapıçıya bu cür işarələr verir. Əslində Təbriz həmin görüşdə yaxşı oynamışdı. Sadəcə, komandanın avrokuboklarda ilk oyunu olduğundan bir qədər həyacan var idi. Belə oyunlara öyrəşməmişdilər. Respublika stadionuna xeyli azarkeş toplaşmışdı. 10 min olardı. Bizim futbolçular bu qədər azarkeş qarşısında çox oynamamışdı. Uşaqların üzərində təzyiq vardı. Sərbəst deyildilər. Rəqibimiz isə təcrübəli, fikizi cəhətdən çox güclü komanda idi. Ancaq deyərdim ki, biz səfər oyununda bu məğlubiyyətin əvəzini çıxdıq.

Finlandiyaya səfərimiz yüksək səviyyədə təşkil olundu. Nazim Abdullayevin gördüyü işlər həmişə belə olub. Onun əlini buladığı iş yüksək səviyyədə olmalıdır. Təyyarə ilə Ukraynaya, oradan isə avtobusla Finlandiyaya yollandıq. Bizi çox yaxşı qarşıladılar. Gözəl mehmanxada yerləşdik.
Finlandiyadakı oyunun son saniyələrinə qədər hesabda öndə idik. Rəqib 120-ci dəqiqədə bizə ofsaytdan qol vurdu. Bunu hər kəs bilir ki, həmin qol qaydalar çərçivəsində vurulmamışdı. Qolu vuran futbolçu 5-6 metr oyundankənar vəziyyətdə idi. Bununla belə, “Qarabağ” Azərbaycana ilk səfər xalı qazandıran komanda oldu.

Elbrus Abbasov


“Alim Qasımov stadionu susdurdu”

Elbrus Abbasov söhbət əsnasında maraqlı bir faktı da danışdı: “Klub rəhbəri Nazim Abdullayev səfər oyununa Azərbaycanın xalq artisti Alim Qasımovu da aparmışdı. Stadion dolu idi. Fasiləyə 1:0 öndə yollanmışdıq. İkinci hissə başlayanda azarkeşlər az qala stadionu dağıdırdılar. Çünki komandaları məğlub olurdu. Belə bir məqamda Alim Qasımov tribunanın 1-ci sırasına düşdü və əlini qulağının dibinə qoyub Qarabağ şikəstəsi oxudu. Onun səsi stadiona necə yayıldısa, bütün stadion susdu. Elə bil qurbağa gölünə daş atdılar”.

E.Abbasov Finlandiyaya səfər zamanı Qarabağın  tarixi Azərbaycan torpağı olması ilə bağlı təbliğat apardıqlarını da deyir: “Finlandiyada “Qarabağ”ı tanımırdılar, bilmirdilər ki, hansı ölkənin komandasıdır. Biz ora broşurlar aparmışdıq. Qarabağın, Ağdamın harda yerləşdiyini onlara başa salırdıq. Bunların hamısını Nazim müəllim təşkil eləmişdi. Yəni biz Qarabağın Azərbaycana məxsus olmasının ilk təbliğatçılarından olmuşuq. İndi bəziləri bilmir ki, komandaya “Qarabağ” adının verilməsi üçün mən nə qədər əziyyət çəkmişəm”.

Növbəti həmsöhbətimiz tarixi oyunun qəhrəmanı Bəxtiyar Musayev oldu. “Qarabağ”ın avrokuboklarda ilk qolunun müəllifi olan Musayev.

- Bakıda o qədər də yaxşı oynamadıq. Komandamızda xeyli yeni oyunçu var idi. Ona gorə də oyunumuz tədricən yaxşılaşırdı. Mən də komandaya yeni gəlmişdim. İlk oyunda çox qol epizodumuz olmadı. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Əslində hazırlığımız normal keçmiçdi. Klub rəhbəri Nazim Abdullayev hazırlıq baxımından hər cür şərait yaratmışdı. Ancaq beynəlxalq oyun təcrübəmiz az idi.

Finlandiyadakı oyunu qalib başa vurmağa çox yaxın idik. Matçın bitməyinə saniyələr qalmış qol buraxdıq. Ancaq oyunumuz Bakıdakından daha yaxşı alınmışdı. Sona qədər ərazi üstünlüyü bizdə oldu. Rəqibə oynamağa imkan vermirdik”.

Bəxtiyar Musayev 



B.Musayev vurduğu qolu da yaxşı xatırlayır: “Mais Əzimov qapı qarşısına hava ötürməsi etdi. Qapıçı topu çətinliklə qaytardı. Hücumçuların arxasında oynayan futbolçu bu cür vəziyyətlərə hazır olmalı idi. Mən də mövqeyimə uyğun olaraq cərimə meydançasına daxil olmuşdum. Qapıçının kobud səhvindən sonra önümə düşən topu gövdəmlə saxlayıb bir toxunuşla  qapıya göndərdim. Yəni yaxın məsafədən vurulan qol idi. Təbii ki, bu qol bizim üçün çox vacib idi. Bu cür oyunda qol vurduğum üçün qürur duyuram. Təəssüf ki, həmin oyunda mərhələni keçə bilmədik. Axıra qədər üstünlük bizdə oldu. Ancaq rəqib son hücumda qapımıza yol tapdı. Oyunun əsas vaxtı da başa çatmışdı. Adətən hakimlərin belə vəziyyətlərdə meydan sahiblərinə simpatiyası olur. Məncə, həmin epizodda oyundankənar vəziyyət də var idi.

Oyun bitəndən sonra çox məyus olmuşduq. Yerdə qalmışdıq. Rəqib futbolçuları gəlib bizi qaldırıb, qucaqlayırdılar. Azarkeşlər öz komandaları ilə bərabər bizi də alqışladılar. Təbii ki, komandalarının uğuruna sevinirdilər, ancaq bizi də alqışlarla yola saldılar”.

Millimizin sabiq üzvü “Liverpul”a rəqib ola bilmədikləri üçün təəssüf hissi keçirir:
“Mərhələni keçsəydik, “Liverpul”la qarşılaşacaqdıq.  Təəssüf ki, bu şansı əldən buraxdıq. Təbii ki, mübarizəni dayandırdığımız üçün nə mənə, nə də komanda yoldaşlarıma mükafat verildi. Yəqin ki, yaxşı mükafat nəzərdə tutulmuşdu”.

Ramiq AĞAMƏMMƏDOV


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

5619 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
 
 
  18.11.17
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:36
  “Millidə mənim kimi futbolçuya ehtiyac var” – İlqar Qurbanov
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore