“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin Qol.az saytına müsahibəsi
- “Neftçi” yeni mövsümə necə hazırlaşır? Komandada ab-hava necədir?
- Bir həftə yüngül məşqlər keçdik. Artıq bu həftədən gündə iki dəfə məşq edirik. Səhər topsuz, axşam isə texniki-taktiki məşqlərimiz olur. Hər şey plan üzrə gedir. Futbolçuların böyük həvəsi var, istəklidirlər. Başa düşürlər ki, növbəti mövsüm yaxşı yer tutmalıyıq.
- Transfer işləri yekunlaşıb?
- Bizdə demək olar ki, komanda 95 faiz komplektləşib. Qışda 9 transfer etdik. Ona görə də normal komandamız var. Yəni bu futbolçularla məqsədimizə çata bilərik. Ola bilsin 1 və ya 2 futbolçu aldıq.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Bunu açıqlamaq istəmirəm. Bunu bilmək heç kimə lazım deyil.
- Yəni bilmək istəyirik ki, komandada əsas çatışmazlıqlar hansı mövqedədir?
- Bunu özüm bilirəm. Məni düzgün başa düşün, gücləndirmək istədiyimiz mövqeləri deyəndə, sabah bütün menecerlər mənə futbolçu yollamaq istəyir.
- Adı “Neftçi” ilə hallanan millimizin üzvü Pavel Paşayev “Stal”dan ayrılıb. Onu “Neftçi”də görə bilərik?
- Biz Paşayevlə danışıq aparmırıq. Bu məlumatın necə yarandığını bilmirəm. Onunla heç bir söhbətimiz olmayıb.
- İstədiyiniz komandanı qura bilmisiniz?
- Qışda qurduğumuz komandada müəyyən çatışmaxlıqlar var idi. Futbolçular bir-birini yaxşı başa düşmürdülər. Bunu da zaman həll edir. Komanda 1-2 ayın içində formalaşmır. Hazırda futbolçulardan razıyam.
- Ötən il siz “Neftçi”yə gələndə çempionat başlamışdı. İndi isə bir ilə yaxındır ki, “Neftçi”ni çalışdırırsınız. Bu “Neftçi” sizin qurduğumuz komandadır. Bu fərq nəticələrdə özünü göstərəcək?
- Futbolda rəhbərlik məşqçiyə vaxt verməli və ona inanmalıdır. Məşqçi isə öz yığdığı komandaya məşqlərini keçməlidir. Mən bu komandaya gələndə artıq çempionatın bir neçə turu arxada qalmışdı. Heyəti mən qurmamışdım. Ancaq indi heyəti mən yığmışam, onlara istədiklərimi də başa salıram. Ona görə də düşünürəm ki, işlər yaxşı olacaq. İnanıram ki, nəsə etmək olar.
- Uğursuzluq olsa, məsuliyyət sırf sizin üzərinizə düşəcək.
- Əlbəttə, ən böyük məsuliyyət mənim boynumdadır. Uğursuzluq olsa, mən cavab verəcəm.
- “Neftçi” həmişə qarşısına böyük hədəflər qoyub. Komandanızda bu mövsüm çempionluq iddiası olacaq?
- Bizim qarşımızda belə bir hədəf yoxdur. Məqsədimiz avroliqaya vəsiqə qazanmaqdır. Bu o demək deyil ki, çempion olmaq istəmirik. Ancaq real danışmaq lazımdır. Bu gün “Qarabağ” və “Qəbələ” bizdən qat-qat üstün komandalardır. Onlar hər cəhətdən bizi qabaqlayır. Yaxşı oyunçular ala bilirlər. Bu komandalarla rəqabət aparmaq çətindir. Bununla belə, biz qarşımıza yalnız 3 və ya 4-cü olmağı məqsəd qoymamışıq. Hər şey ola bilər. Elə komandalar var ki, gözlənilmədən çempion olur. Buna min misal çəkə bilərəm.
- Millidən ayrılmağınız “Neftçi”dəki işinizi nə dərəcədə asanlaşdıracaq?
- Millidə işləyəndə böyük bir problem olmurdu. Düzdür, söz-söhbətlər gəzirdi ki, Elxan Abdullayev millidən qayıdanda “Neftçi” uduzur. Ancaq belə deyildi. Sadəcə, “Neftçi” zəif idi, hazırlığa ehtiyacı var idi, zədəli futbolçular çox idi. Mən razılaşıram, məşqçinin bir istiqamətdə çalışması daha peşəkarlıq olar. Yəni bir əldə iki qarpız saxlamaq düzgün deyil. Ancaq hər bir məşqçi üçün millidə çalışmağın müsbət məqamları çoxdur. Həmişə işin içində olursan, yaxşı mütəxəssisləri, məşqləri görürsən. Futbol ölkələrinə gedirsən, təcrübə toplayırsan. Bu, klub üçün də müsbət haldır.
Belə qərara gəldim ki, tək klubda işləyim. Gücümü daha çox “Neftçi”yə ayırmaq istədim. “Neftçi” indi elə vəziyyətdədir ki, ona daha çox vaxt sərf etməliyəm. Ona görə millidən ayrılmalı oldum.
- Həm millidə, həm də “Neftçi”də çalışmağınız çox tənqid edildi. Bu tənqidlər qərarınıza təsir etdi?
- Yox, bunu tənqidlərə görə etmədim. Mən tənqidə fikir verən deyiləm. Onsuz da Azərbaycanda hər iki nəfərdən biri tənqidçidir. Guya hamı futbolu bilir. Tənqidə fikir versəydim, futboldan çoxdan gedərdim. Millidən getməyimin səbəbi öz şəxsi istəyim oldu.
Mən milli komandalarda uzun illər işləmişəm. Ancaq “Neftçi” kimi komandada işləmək hər məşqçiyə qismət olmur. Klubda işləməyin müsbət tərəfləri çoxdur. “Neftçi”də hər gün məşqdə oluram. Ancaq bu, milli komandada təkcə toplanışda olur. Yəni klubda gündəlik təcrübə qazanırsan. “Neftçi”də işləmək mənə daha maraqlıdır. Ona görə seçimimi belə etdim.
- Məlum səbəblərdən müəyyən “Neftçi” azarkeşləri sizdən incmişdi. İndi azarkeşlərlə münasibətiniz necədir?
- Biz bir ay əvvəl azarkeşlərdə bir süfrə arxasında oturduq, yemək yedik, xeyli söhbət etdik. Bir-birimizi başa düşdük. Onlar soz verdilər ki, komandaya dəstək olacaqlar. Biz də onlara söz verdik ki, komanda daha yaxşı çıxış edəcək. Qərara gəldik ki, bir ailə kimi olaq. Azarkeşlər səbirsizliklə çempionatın başlamasını gözləyir.
- Azarkeşlərə müraciətiniz var?
- Onlara sözüm odur ki, səbirli olsunlar. Başa düşürəm ki, bu gün “Neftçi” öz yerində deyil. Hamı komandanı birinci yerdə görmək istəyir. Hər bir komandanın çətin dövrləri olur. Ancaq bu çətin mərhələdən sonra “Neftçi”ni yaxşı günlər gözləyir. Necə ki, komanda həmişə yalnız çempionluğa oynayırdı, yenə elə olacaq. Bir az səbr lazımdır.
- Sizin də səbirsizlənən vaxtlarınız olub. Məğlub olduğunuz oyunların birində “Neftçi”ə gəldiyiniz üçün peşman olduğunuzu demişdiniz.
- Mən belə söz deməmişəm. Peşmançılığım başqa şeyə görə idi. Heç vaxt uduzmağa görə peşman olmuram. Mən peşəkar məşqçiyəm. Hər bir məşqçi uduzmağı da bacarmalıdır.
- Komandada işlərin qaydasına düşdüyünü dediniz. Gələn mövsüm haqda nikbin düşünürsünüz?
- Mən hər şeyə obyektiv yanaşıram. Biz gələn mövsüm bütün oyunlarda qalib gəlməyəcəyik. Yenə uduzduğumuz oyunlar olacaq. Sadəcə, hər bir məğlubiyyətdən dərs çıxarmalıyıq. “Neftçi”də çox işləmək lazımdır. Təsəvvür edin ki, səhər saat 8-də bazaya gəlirəm, axşam saat 10-a qədər burda oluram. Başa düşürəm ki, “Neftçi”ni ayağa qaldırmalıyıq. Çünki “Neftçi” öz möqeyini itirib. Bunun səbəbləri barədə danışmaq istəmirəm, hamı necə olduğunu bilir. Hər şey arxada qalıb, indi hamı komandaya kömək etməlidir.
- Sonda klublarımızın avrokuboklardakı mübarizəsi haqda fikirlərinizi bilmək istərdik.
- “İnter” və “Zirə”ni təbrik edirəm. Hər ikisi gözəl qələbə qazandı. Amma ikinci oyunlar da var, gözləmək lazımdır. “Zirə”nin işini xüsusi qeyd etməliyəm. Avropa təcrübəsi olmayan bir komanda ilk ilindəcə mərhələni keçməyə yaxındır. “İnter”ə də afərin deməliyik. Çünki komanda heç bir transfer etmədən yaxşı mübarizə aparır. Cəmi iki legionerləri var. Yerlli futbolçulardan təşkil olunan komandadır. Bu cür çətin vəziyyətdə zəif olmayan “Mladost”a səfərdə 3 cavabsız qolla qalib gəlmək alqışalayiqdir. "Qarabağ" və “Qəbələ”yə də inanıram. İlk mərhələni keçəcəklər.
Ramiq AĞAMƏMMƏDOV
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı