Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Avroliqanın kuboku Bakıda - Momanidən karikatura

Yazarlar
 Biz və gürcülər
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qəbələ" - Şəkillər
Top 5
Bu gün onların toyudur
Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə
Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
Linklər
525ci Qəzet

“Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
A A A

[04.06.2017]
“Ələkbərin medalları, kubokları itib-batdı” – <b style="color:red">əfsanənin son günləri</b>

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Azərbaycanın əfsanəvi futbolçusu Ələkbər Məmmədov haqda  yetərincə yazılar dərc olunub və şəxsiyyət haqda çox danışmaq olar. Təkcə onun Moskva “Dinamo”sunun heyətində “Milan”a “San-Siro”da vurduğu 4 qol geniş bir mövzudur. Azərbaycanlıların da futbol oynaya bildiyini sübut edən  dördqat SSRİ çempionu ömrünün sonuna qədər sevimli peşəsi ilə məşğul olub.

Ancaq bu yazımızda futbol fədaisinin karyerasından yox, ömrünün son illərindən söhbət açacağıq.

Ələkbər Məmmədov uzun illər tək yaşayıb. Dostları deyir ki, o, artıq təkliyə öyrəşmişdi. Çünki uzun illər bu cür həyat sürüb. Ancaq onun ölənə qədər onun yanında sadiq dostları olub. Onlardan biri  Azərbaycanın xalq artisti, rejissor Vasif Babayevdir. Odur ki, əvvəlcə görkəmli televiziya və kino rejissoru ilə söhbətləşdik.


Vasif Babayev

“Ələkbərlə tanışlığım böyük qardaşım Arif Babayevin (Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor – red.) vasitəsi ilə olub. Onlar yaxın dost idi. Arif 1983-cü ildə rəhmətə getdi. Bizim dostluğumuz isə davam etdi. Mən Ələkbərdən 12 yaş kiçik idim. Ancaq möhkəm dost idik. Hər yerə birlikdə gedirdik.  Ələkbər çox böyük hörmətə layiq idi və o hörməti də görürdü. Heç kim deyə bilməz ki, ona qarşı laqeydlik olub. Ələkbəri ən çox İçərişəhərdə sevirdilər. Küçədə, bulvarda gəzəndə insanların ona necə hörmətlə yanaşdığını görmüşəm. Rəhmətə gedənə qədər televiziyaya çıxırdı. Ona görə də gənc nəsil də Ələkbəri tanıyırdı. 

Son vaxtlarında tez-tez Dənizkənarı bulvarda gəzirdik. “Azadlıq” prospektində “Neftçi”nin köhnə bazası var. Hər bazar ora gedərdik. Kazbek Tuayev, Rüstəm Rəhimov, Valeri Hacıyev, Vəli Qasımov və başqa Azərbaycanın məşhur futbolçuları ora toplaşardılar”.

V.Babayev dostunun xeyirxah biri olduğunu, ətrafında olan insanlara həmişə yardım etdiyini deyir: “Ömrünün sonuna qədər Ələkbərin mərd işlərini gördüm. Həmişə dost-tanışlarına əl tutardı. Hər ay Moskvada yaşayan keçmiş komanda yoldaşı Yuri Kuznetsova pul göndərirdi. Bundan başqa Kuznetsovun Bakıda yaşayan bacısına da tez-tez pul verirdi”.

Ələkbər Məmmədovun ailə sarıdan bəxti gətirməyib. Həyat yoldaşı ilə cavan yaşlarında ayrılıb. V.Babayevin sözlərinə görə, Almaniyada yaşayan yeganə qızı isə Bakıya çox gec-gec gəlirmiş: “Almaniyada bir qızı, iki nəvəsi var. Hər il gedib onlara baş çəkirdi. Sonuncu dəfə Almaniyaya gedəndə hər iki nəvəsinə maşın almışdı. Çox yaxşı maşınlar idi. Nəvələri də razı qalmışdı. Qızı Almaniyaya uşaq yaşlarında köçmüşdü. Bəlkə də Bakını xatırlamırdı. İstəsəydilər, gəlib atasının yanında olardılar. Yəqin istəməyiblər. Ələkbər özü hər il Almaniyaya gedirdi. Hər ay qızına min dollar göndərirdi. Dəfələrlə bunun şahidi olmuşam. Ancaq qızı Bakıya gəlmək istəmirdi. Buna görə də Ələkbər tək yaşayırdı. Ona burda heç kim baxmırdı. Hərdən arvadının bacısı baş çəkirdi. Ələkbər də onlara qonaq gedirdi. Baldızının yoldaşı Həsən müəllim hörmətli adam idi, daxili işlər nazirinin müavini olmuşdu. Ələkbər bayramları onlarda keçirirdi. Dəfnini də AFFA ilə birlikdə onlar təşkil etdilər.   



Dəfn mərasimi

Dediyim kimi, Azərbaycanda Ələkbərə həmişə çox böyük hörmət vardı. Prezident ona təqaüd ayırmışdı. Bir neçə yerdən maaş alırdı. 84 yaşı olsa da, işinə toxunmurdular. Neft Akademiyasında idman kafedrasının müdiri idi. Rəhmətə gedənə qədər də işləyib. Cənab prezident ona ev də vermişdi. Ona görə də Ələkbər öz evini satmaq qərarına gəldi. Nəsimi bazarının yanında 14-cü mərtəbədə gözəl evi var idi. Nəvələrinə maşnı da həmin evi satandan sonra almışdı. Ələkbərin digər evi isə muzeyə bənzəyirdi. Bütün medalları orda idi. “Milan”a 4 qol vurmağı haqda yazılar dərc olunan İtaliya qəzetlərini də divardan asmışdı. Həmin evin açarı Ələkbərin qızında idi. O da evi satdı. Çox təəssüf ki, Ələkbərin medalları, kubokları itib-batdı. AFFA Ələkbərin qızından xahiş etmişdi ki, medalları AFFA-nın muzeyinə təqdim etsin. Hətta ona pul də təklif etdilər, ancaq razı olmadı.

Bəzən deyirlər ki, Ələkbər Məmmədovun yaddaşı korlanmışdı. Ancaq belə deyildi. Elə şeyləri yadına salırdı ki... Bütün futbol tarixi onun yadında idi. 80 yaşını adlamışdı, ancaq daima mətbuata müsahibələr verirdi. Yaddaşı itən adam bunu necə edə bilər? 1950-ci ildə olan hadisələrdən danışırdı. Mənim 77 yaşım var, ancaq olanları Ələkbər qədər xatırlaya bilmirəm.

Son vaxtlar özünə daha çox fikir verirdi. Tez-tez “Sahil” metrosunun yanındakı polikilinikaya gedirdi. O vaxt həmin ərazidə yaşayırdı. Bir balaca soyuq olan kimi həkimin yanında idi. Zatafatla deyirdim ,sənə nə olub axı? Niyə tez-tez həkimə qaçırsan? Ancaq rəhmətlik çox sağlam idi. Dünyasını dəyişməyə hazır deyildi. İdmanla məşğul olurdu. Araq da vururdu. Qeyri-adi insan idi. Ancaq son vaxtlar xəstəlikdən çox qorxurdu. Həmişə deyirdi ki, hələ yaşamaq istəyirəm.

Biz onunla hər axşam saatlarla telefonla danışırdıq. Hərdən zarafatla deyirdim ki, Alik, bəsdir də artıq gecdir, yatmaq lazımdır. Çapay Sultanov (Geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti), Ələkbər və mən üç dost idik. Axırıncı dəfə Ələkbərlə telefonla danışanda bilməzdim ki, bu, son söhbətimizdir. Gecə saat 1-də vidalaşdıq. Səhəri günü Çapay mənə zəng vurdu ki, Ələkbər görünmür, hardadı? Dedim dəqiq bilmirəm, ancaq danışanda mənə demişdi ki, sabah Bilgəhdəki kardioloji sanatoriyaya gedəcək. O, hər il Bilgəhə gedirdi. Növbədənkənar putyovkası olurdu. Ona görə də düşündüm ki, yəqin yenə sanatoriyaya gedib. Çapay dedi, axı heç zəng də eləmir. Bu söhbətdən iki gün sonra Çapay mənə zəng vurub dedi ki, Ələkbər evində rəhmətə gedib. Heç kimin xəbəri olmayıb. Qonşular hiss edib ki, evindən pis qoxu gəlir. Getdik vəziyyəti gördük. Fövqəlada Hallah Nazirliyinin işçiləri birtəhər qapını açdılar. Həkimlər diaqnoz qoydular. Ürəyi dayanmışdı. Qızı özünü dəfninə çatdıra bilmədi. Ancaq sonradan gəldi. Qırxına qədər burda oldu”.

Ələkbər Məmmədovun son günlərinə qədər onu tək buraxmayan yaxın dostlarından biri də ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov olub. Onunla da qəhrəmanımız haqda danışdıq:
“Ələkbər müəllim atamla yaxın dost olub. Sonra isə bu dostluğu mən davam etdirdim. Yaşlı vaxtlarında görüşdüyü dostları çox idi. Mən Bakıda olmayanda əsasən Vasif Babayev və Çapay Sultanovla gəzirdi. Həmişə ünsiyyətdə olurduq. Onu tək qoymurduq.


Rüstəm Rəhimov

Ələkbər Məmmədov futbolumuzun ağsaqqalı idi. Böyük dairəsi var idi. Son vaxtlarına qədər də hamı ona hörmətlə yanaşıb. Bütün tədbirlərə dəvət alırdı. Onunla çox sərgilərə getmişəm. Ziyalılar hamısı onun xətrini çox istəyirdi. Ələkbər müəllim heç kimin xətrinə dəyməzdi. Çox pozitiv adam idi. Həddindən artıq sadə ürəyi var idi. Özünə baxan kişi idi. Həmişə sanatoriyalara gedirdi. Əsasən də ölkə xaricində dincəlirdi. Hər yay Almaniyaya qızı gilə gedib bir ay orda qalırdı. Gəlib 5-10 gün də Moskvada dincəlirdi. Dostu Yuri Kuznetsovla görüşürdü. Lev Yaşinin arvadı ilə əlaqə saxlayırdı. Yığışıb otururdular, cavanlıq illərini yadlarına salırdılar. 

2014-cu ildə Ələkbər müəllimin 84 yaşını qeyd etdik. Qızı da Almaniyadan gəlmişdi. Əvvəlcə getdik İtaliya səfirliyinə. Orda film göstərdilər. Ələkbər müəllimin 1955-ci ildə “Milan”a 4 qol vurduğu oyunun videolentini tapmışdılar. Səfirlikdə onu bizə nümayiş etdirdilər. Sonra getdik bulvarda restoranda oturduq. Ələkbər müəllimin baldızı da əri ilə gəlmişdi. Orda ad gününü qeyd etdik. İki aydan sonra isə Ələkbər müəllim rəhmətə getdi”.

Ələkbər Məmmədovun şən insan olduğunu deyən R.Rəhimov sonda maraqlı bir əhvalatı danışdı: “Ələkbər müəllimin Gürcüstanda 65 illik yubileyi keçirilirdi. Hökümət nümayəndələri də gəlmişdi. 400-500 adam vardı. Məşhur müğənnilər də iştirak edirdi. Rəhmətlik İlhamə Quliyeva oxuyandan sonra Ələkbər müəllimlə qucaqlaşıb, öpüşdü. Ələkbər müəllim durdu dedi ki, bu gün məni İlhamə xanım səmimi olaraq öpdü. 1955-ci ildə “Milan”a 4 qol vurduğum oyundan sonra İtaliyada keçirilən tədbirdə məşhur aktrisa Gina Lollobrigida da məni öpmüşdü. Ancaq İlhamə xanımdan fərqli olaraq Lollobrigida özünü reklam etmək üçün bunu etmişdi. Ələkbər müəllimin bu cür zarafatları çox idi. Şənliyi sevirdi. Həmişə ad günlərini qeyd edirdi”.

Ələkbər Məmmədov 2014-cü il iyulun 28-də rəhmətə gedib. Acınacaqlı haldır ki, adı ilə fəxr etdiyimiz bu şəxsin ölümündən üç gün heç kimin xəbəri olmayıb. Avqustun 4-də görkəmli idman xadimi ilə vida mərasimi keçirilib. Ələkbər Məmmədov II Fəxri Xiyabanda dəfn olunub.

Ramiq AĞAMƏMMƏDOV
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

2916 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
01.05.2017  15:05 Bütün sərvətini "Neftçi"nin yolunda qoyan və klubun unutduğu iş adamı
31.03.2017  12:52 Doğma klubunun formasında dünyasını dəyişən klub prezidenti
23.03.2017  15:35 Azərbaycan millisinin braziliyalıları
13.03.2017  11:41 Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu
19.02.2017  11:04 “Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”
12.02.2017  12:53 Futbolumuzun legionerləri
05.02.2017  10:43 Futbolumuzun legionerləri
 
 
  22.09.17
17:04
  Handanoviç "İnter"də qalır
16:33
  "Qara bazar"a son zərbə
16:06
  Hərdən AFFA və PFL-ə yazığım gəlir
15:35
  “Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq
15:00
  Avroliqanın kuboku Bakıda - Momanidən karikatura
14:42
  "Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq" - baş məşqçi
14:26
  Almaniya klubunun bazasında bomba tapıldı
13:56
  Etopaz-da 41 canlı oyun
13:30
  “Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov
13:00
  Neymar üzr istədi
12:40
  Superliqa klubunda yeni baş məşqçi
12:04
  Aqollinin sabiq baş məşqçisi La Liqa klubunda
11:45
  "Roma"nın futbolçusunun qol ötürməsi ən yaxşılar arasında - Video
11:17
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:49
  Terim federasiyadan 3.5 milyon avro tələb etdi
10:30
  “Qarabağ” “Sumqayıt”a qarşı - Yenilənir
10:26
  Voleybolçularımız Avropa çempionatında ilk oyununa çıxır
10:11
  "Roma"nın hücumçusu Bakıda oynamayacaq
09:45
  Həftənin ən gözəl qolları - Video
01:47
  “Dibala getmək istəsə, onu saxlamaq qeyri-mümkün olacaq”
01:30
  Məsimovun komandası kubokla vidalaşdı
01:16
  “Arsenal”ın stadionunda antirekord
00:58
  “Barselona”nın lehinə penalti verilməsinə təəccüblənmirəm”
00:44
  Xedira məşqlərə başladı - Şəkil
00:29
  “Dinamo”nun baş məşqçisi döyüldü
00:15
  “Qarabağ” - “Roma”: 58 min bilet satılıb
00:00
  "Messi “Barselona” ilə yeni müqavilə imzalamayıb"
  21.09.17
22:49
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
21:41
  "Çelsi"nin futbolçusu avtomobil qəzasına düşdü
21:01
  İlkayın zədəsi ciddidir?
20:38
  "Real" son klubum olacaq" - Benzema
19:57
  "Kəpəz" məşqlərə başladı
19:21
  "Atletiko" rəsmən açıqladı - Kosta qayıdır
18:50
  "İnter" 17 yaşlı hücumçu aldı
18:20
  Premyer Liqamızda 6-cı turun - hakim təyinatları
18:10
  Sərgən Yalçın istefa verdi
17:40
  "Milan"da ciddi itki
17:12
  Srna futboldan kənarlaşdırıla bilər - dopinqə görə
17:00
  "Milliyə dəvət almağım sürpriz olmadı" - Ndlovu
16:34
  "Çelsi" "Atletiko" ilə razılaşdı - Kosta ilə bağlı
16:00
  Günün canlı oyunları - Etopaz-da
15:26
  “Qəbələ” sabiq hücumçusunu transfer etdi
15:04
  “Azərbaycanda səviyyəli hücumçu tapa bilmirik” – Samir Əliyev
14:28
  Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
14:11
  Bakı 2020-ci ildə də ÇL finalı görməyəcək
12:58
  "İki aya qayıdacam" - Usman Dembele
12:29
  Foqts alman klublarını tənqid etdi
11:56
  Qarabağ” oyununun yeri dəyişdirildi
11:45
  "Real"da növbəti ciddi itki
11:16
  "Ümid edirəm ki, öz stadionumuzdakı finalda oynayacağıq" - Simeone
10:57
  "Çelsi" "Everton"a rəqib oldu
10:30
  "Real" son dəqiqədə xalsız qaldı - Video
10:14
  UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı
09:45
  "Çelsi" 1/8 finalda
02:02
  "Atletiko" səfərdən 3 xalla dönür - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore