“Hamımız bu oyunun önəmini bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək, əzmkarlıq da öz yerində olmalıdır".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Macarıstan) cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib
O, səfərdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarının komandasını rahatlaşdırmayacağını bildirib: "Sabah çox yaxşı rəqiqə qarşı mübarizə aparacağıq. İlk oyundakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən buna arxayın olmamalıyıq. Rəqib də bizim üçün ağır rəqibdir. Hər halda "Ferensvaroş"un riskə gedəcəyini bilirik. Biz bunu da nəzərə almalıyıq. Çalışmalıyıq ki, sona qədər oyundan qopmayaq, soyuqqanlılığımızı qoruyaq".
- Sabah “Qarabağ”ın daha çox qol buraxmamağı düşünəcəyini, sırf nəticə üçün oynayacağını gözləmək olarmı?
- Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza görə olub. Heç vaxt bundan əl çəkməmişik. Müdafiədən oynamaq düşüncəmiz yoxdur. Sabah bacardığımızı etməyə çalışacağıq. Bizim məqsədimiz həmişəki kimi baxımlı futbol oynamaqdır. Biz oyunu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Bizi hansı problem gözləyə bilər, bunu deyə bilmərəm. Sabah rəqibin hansı təzyiq göstərməsinə komanda hazır olmalıdır.
- Psixoloji tərəfdən belə oyunlara futbolçuları hazırlamaq çətindirmi?
- Bu, ən vacib detallardan biridir. İlk oyundan sonra çoxları bizi qalib kimi görür. Mən futbolçularla daha çox bu yöndə danışıram. Ən birinci yerdə duran psixoloji hazırlıqdır. İnanıram ki, bu işi öhdəsindən gəlmişik və futbolçular da nə edəcəklərini bilirlər.
- 8 il əvvəl “Kopenhagen"lə görüşdən sonra Çempionlar Liqasının qrup mərhələsinə düşdünüz. Onda daha rahat idiniz, yoxsa indi?
- Məşqçilik karyerası elədir ki, rahatlıq mümkün deyil. Amma inam çox önəmlidir. O vaxt da inam var idi, indi də. Amma rahatlığımız yoxdur.
- Azarkeşlərə sözünüz var?
- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də. Onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.
- Nəriman Axundzadənin durumu nə yerdədir?
- Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.
- Hakim təyinatı (fransalı baş hakimi Kleman Tyurpen-red.) bir qədər müzakirəyə səbəb olub. Bu müzakirəyə, narahatlığa əsas var?
- Mən tərəfdən narahatlıq yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.
- "Ferensvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?
- Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivlərdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentalitetdə idi. Robbi Kin kimi tanınmış futbolçunun isə hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hansısa fikir bildirsəm ki, əvvəlk güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımızda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılmaq istəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.
- Mətbuatda belə bir xəbər yayıldı ki, “Qarabağ”ın yeni transferi (Kamilo Duran - red.) bu gün Bakıya gələcək. Bu transfer xəbəri doğrudur?
- Bəli, doğrudur.
DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı