"Ferensvaroş"un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçlarında keçiriləcək "Qarabağ"la oyun haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
- Növbəti mərhələyə yüksəlmək üçün komanda olaraq səhvlərə yol verməməliyik. Hər bir oyunçu fərdi səhvlərə diqqət etməli və komandamıza kömək etməlidir. İlk matçda adi vəziyyətlərdən qollar buraxdıq. Rəqib bu imkanlardan yaxşı istifadə etdi və qalib gəldi. İndi isə fiziki hazırlığımız yerindədir və oyuna tam motivasiya ilə çıxacağıq.
- Futbolçu karyeranızda böyük klublara qarşı oynamısınız. Həmin vaxt daha həyəcanlı idiniz, yoxsa indi?
- Təbii ki, bu səviyyəyə çatmaq çox sevindiricidir. Bu komandalar çox güclüdür. Sabahkı oyunda həmin klublara qarşı oynadığım zaman olduğu kimi həyəcanlıyam. Baş məşqçi və sabiq oyunçu olaraq məqsədim hər zaman ən yüksək yerləri tutmaqdır.
- 6 futbolçunuz Macarıstan millisinə dəvət alıb. Bu haqda nə deyə bilərsiniz?
- Buna sevinirəm. Mən gənc oyunçulara həmişə şans verirəm. İş prinsipim futbolçuların daha da güclənməsinə və inkişafına töhfə verməkdir.
- Bakıda məşqə çıxmamağınızın səbəbi nədir?
- Biz həmişə öz stadionumuzda məşq edirik. Bəlkə, bəziləri düşünür ki, bütün stadionlar eynidir, amma biz həmişə öz meydanımızda çalışaraq səfərə gedirik və bu, oyunumuza müsbət təsir edir.
- Sizcə, 1:3 hesabından sonra geridönüş etmək mümkündür?
- Uzun müddətdir futbol sahəsindəyəm və bilirəm ki, futbolda hər şey mümkündür. "Liverpul"da olarkən 0:3 hesabı ilə geridə olduğumuz halda hesabı bərabərləşdirə bilmişdik. Geridönüş edərək, 3:2, 4:2 hesabı ilə qalib gəldiyimiz hallar da olub. Sabah da hər şey ola bilər. Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq işimiz komandamızı oyuna maksimum hazır vəziyyətə gətirmək və ən yüksək nəticəni əldə etməkdir. (sportal.az)
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi