"Yuventus" hücumçusu Duşan Vlahoviçi yaxşı təklif olduğu halda satmağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Turin təmsilçisi "Milan"la danışıqlar aparır və sövdələşməyə "rossonyerlər"in yarımmüdafiəçisi Aleksis Salemakersi daxil etməyi nəzərdən keçirir. "Qırmızı-qaralar"ın belçikalı futbolçudan ayrılmaq istədiyi, amma transferin yenə də mümkün olduğu bildirilir.
Qeyd olunur ki, "Milan"ın baş məşqçisi Massimiliano Alleqri artıq Vlahoviçlə çalışıb və onun üçün bu transfer əsas hədəfdir. Lakin klub rəhbərliyi daha ucuz hücumçuya üstünlük vermək istəyir. Əsas problem isə serb forvardın maaş tələblərini azaltmaq istəməməsidir.
25 yaşlı futbolçu ötən mövsüm 44 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayına qədərdir, bazar dəyəri isə 35 milyon avro olaraq qiymətləndirilir.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!