Əslində, idman yazarı olmasam da, dəyərli dostum Aydın Bağırovun yazısını oxuduqdan sonra Premyer Liqanın 9-cu turunun "Neftçi" - "Qarabağ" oyununda baş verən olayla bağlı bəzi cızma-qara etmək qərarına gəldim. Öncədən deyim ki, Azərbaycanın futbol klublarında kifayət qədər dostlarım və şəxsən tanıdıqlarım var. Ona görə də hansısa fikrimlə razılaşmasalar, müzakirə edə bilərik.
Keçək mətləbə - "Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tiranın özünü cilovlaya bilməyərək stadiona şığıyan azarkeşə hücum etməsinə. Səhv etmirəmsə, azarkeş ən yaxşı halda yeniyetmə yaşlarında olar. Onun günahı nədir? "Neftçi"nin oynaya bilməməsindən hiddətlənməsi? Yoxsa "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyinin biganəliyindən özünü cilovlaya bilməməsi? Vallah, o yeniyetməni qeyrət basıb, neyləsin axı? Axı heç mən yazardan da futbol klubunun rəhbəri çıxmaz. Bəhram Bağırzadə ən yaxşı halda gözəl azarkeş ola bilər. İqtisadçı, neft sahəsində çalışan biri necə futbol klubunun icraçısı ola bilər? (bəlkə də səhv edirəm - E.H.) Demək, günahı valideynlərindən pul qoparıb soyuğun altında "Neftçi"yə azarkeşlik edən yeniyetmədə yox, kluba məsuliyyətli olanlarda görmək lazımdır. Nə isə, bu məsələdə çox dərinə getmək istəməzdim. Onda gərək kimlərinsə bostanına daş atım.
Keçək futbolçunun tərbiyəsizliyinə. Bu gün futbolçuların probleminə kompleks yanaşmaq lazımdır. Bu tərbiyəsizliklər haradan qaynaqlanır? Guya yerli futbolçularımızın buna bənzər jestlərinin şahidi olmamışıq? Dəfələrlə olub. Söyüşlər, fiziki güc, təhdidlər.
Məncə, problemin kökünü uşaq futbol məktəblərində axtarmaq lazımdır. İki alan, məktəbə getməyən, bir kitab üzü açmayan insan necə futbolçu ola bilər axı? Elə ona görə də futbolçularımız meydanda ağıllı oynaya bilmirlər. Uşaq məktəbinə gələn futbolçulara mütləq paralel bilik də verilməlidir, insanlarla normal ünsiyyət aşılanmalıdır, psixi durumları nəzarətdə saxlanmalıdır. PFL və ya AFFA-nın inzibati cəzasının problemin köklü həllinə təsir edəcəyinə inanmıram. Tutaq ki, bir əcnəbini də qovduq Azərbaycandan, sonra? Kim bu cür hadisələrin təkrarlanmayacağından sığortalanıb? Heç kim! Bəlkə də səhv edirəm, bir dəfə olsun, AFFA və ya PFL-in təşkilatçılığı ilə məsələn, "Futbolçuları necə tərbiyələndirək?" (mövzular müxtəlif ola bilər - E.H.) mövzusunda konfrans keçirilibmi? Mən geniş miqyasda bu cür mövzular ətrafında müzakirələrin aparıldığını xatırlamıram. Ola bilər AFFA daxilində bu müzakirələr getsin, nə fayda?
Cavid Hüseynovun bir çılğınlığını xatırlatmaya bilmərəm. Özünə də, qarşı tərəfə də, dövlətə də ciddi problem yaratdı. Niyə? Çünki əsəbidir, çılğındır. Nə üçün bu çılğınlığa görə Azərbaycan dövləti ölkəmizin uğuruna sevinməyən beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə üz-üzə qalmalı idi? Biz problemin bu səviyyəyə qalxmaması üçün çalışmalıyıq. “Neftçi”nin oyununda baş verən olay, elə bilirsiniz, ölümlə nəticələnməyə bilməzdi? Yeniyetmənin bir zərbə ilə yerə çırpılması faciə üçün bəs edərdi.
Düşünün, cənablar!
Emil HÜSEYNLİ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu