Millət vəkili Aqil Abbas “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın “Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasına münasibət bildirib.
O, Qol.az-a açıqlamasında əcnəbi futbolçunun bu tərbiyəsizliyini kəskin pisləyib və onun klubdan qovulmalı olduğunu deyib:
“Belə bir hadisəni ilk dəfə görürəm. Yadınızdadırsa, bir dəfə “Barselona”nın futbolçusu Lionel Messi bilmədən azarkeşin salamını almamışdı. Bütün dünya ayağa qalxdı ki, Messi uşağı niyə təhqir elədi. Sonra Messi o uşağı stadiona apardı və ondan üzr istədi.
Mən başa düşə bilmirəm, sən azarkeşi niyə döyürsən? Qəribə burasıdır ki, futbolçular Katalin Tiraya qırmızı vərəqə göstərdiyinə görə hakimə etiraz edirdi. Hətta “Qarabağ”ın futbolçuları da hakimin qərarından narazı idi.
O futbolçu qovulmalıdır. Ancaq ilk növbədə bütün Azərbaycandən üzr istəməlidir. Düzdür, baş məşqçi Elxan Abdullayev deyib ki, komandadan qovacağıq. Ancaq birinci üzr istəməlidir”.
Aqil Abbas ümumilikdə klubların legioner transferində işləri düzgün qurmadığını qeyd edib: “Bu, ciddi bir müzakirə mövzusudur. Gedib küçədən, çayxanadan futbolçuları yığıb gətirirlər. Çempionatda da onlar oyanyır. Bəs bizim futbolçular özünü harda göstərəcək, məhlədə? Bu qədər legioneri niyə gətirirlər? O qədər pulu xərcləməkdənsə, 3-4 normal legioner almaq daha yaxşı olar. Deməli, nəsə məqsədləri var”.
Aqil Abbas “Neftçi”nin acınacaqlı durumu haqda da danışıb: “Neftçi”də hər şey pozulub. Klubu yenidən toparlamaq lazımdır. Elə bil ki, 70 ilin köhnə maşınını divara vurub əziblər. İndi maşını yaxşı ustaya aparıb yığdırmaq əvəzinə, çəkiclə döyəşləyib düzəltmək istəyirlər.
Üzümü “Neftçi” azarkeşlərinə tutub demək istəyirəm ki, hər dəqiqə etiraz etmək lazım deyil. Dünən “Neftçi” pis çıxış etmədi. Amma “Qarabağ”la oynayırdı. Axı “Neftçi” indi özünü toparlayır”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı