“Hamı bu nağılı, filmi davam etdirməyimizi istəyir. Optimistəm, düşünürəm ki, bunu bacararıq. Uğurlu seriyamızı növbəti ayda da davam etdirə bilərik. Arzu edirəm ki, bu filmi müsbət sonluqla başa çatdıraq”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında millimizin DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışlarından bəhs edib:
“Artıq futbolçular özlərinə tam əmindirlər. Şimali İrlandiya ilə oyunda əlimizdən gələn hər şeyi edəcəyik ki, yaxşı nəticə qazanaq. Azərbaycan futbol ölkəsi deyil. Amma ümumilikdə idman ölkəsidir. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanırlar.
Bizim uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan millisi tarixi nəticə qazanmaq üçün yaxşı şans əldə edib. İnsanlarda eyforiya var. Bu, həm yaxşıdır, həm də pis. İstərdim ki, bundan sonra hansısa rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” desinlər”.
Prosineçki Bakıda yaşamağından məmnun olduğunu bildirib: “Bakı fenomenal şəhərdir, hər gün tikinti işləri gedir. Burda yaşamaq təhlükəsizdir, cinayət hadisələri az baş verir. Yaxşı məktəblər var. Çox olmasa da, Bakıda xorvatlar da yaşayır. Burda yaxşı işləməyimiz üçün hər cür şərait yaradılıb. Stadionlar, infrastruktur əla səviyyədədir. İşləməyimə mane olan yoxdur. Mənə başqa nə lazımdır?”
47 yaşlı mütəxəssis futbolçu olduğu zaman siqaret çəkməsinə də münasibət bidlirib: “Hər zaman işimə peşəkarcasına yanaşmışam. Futbolu çox sevmişəm. Haqqımda yayılan bəzi məlumatlar yalandır. Heç bir klubda problemli oyunçu olmamışam. Belə olmasaydı, “Real” və “Barselona” kimi klublarda çıxış etməzdim. Yalnız bir çatışmazlığım var idi - siqaret çəkirdim. Bunu gizlətmirəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı