“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Aleksey Qay klubdan ayrılmasının səbəbləri və Azərbaycan haqda açıqlama verib.
Qol.az-ın xəbərinə görə, hazırda “Kuban”da (Krasnodar) çıxış edən ukraynalı futbolçu sports.ru saytına müsahibəsində deyib ki, müqaviləsinin uzadılması ilə bağlı klub tərəfindən hər hansı cəhdlər hiss etməyib.
“Vəziyyət o yerə çatdı ki, artıq mən özlüyümdə dedim ki, “Qəbələ”də qalmayacağam. Mənim təkliflərimə də baxılmadı. Kluba qarşı hər hansı incikliyim yoxdur. Əksinə “Qəbələ”yə görə başqa bir ölkədə yaşadım. Yeniliklər gördüm. Azərbaycanda iki maraqlı mövsüm keçirdim”.
- Azərbaycanda sizi təəccübləndirən nə idi?
- Bu sualı mənə yerli jurnalistlər də vermişdi. Yerli insanlar ölkələri barədə kənar adamların dediklərindən inciyirlər. Məsələn, mən onların maşın sürmələri barədə fikir səsləndirmişdim. Demişdim ki, bir sürücü 20-30 metr sonra yolu dönmək üçüb hərəkət qaydasını pozub sənin qarşına çıxa bilər. Bu, onlar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü. Sonra müsahibəmə mətbuat və internetdəki şərhlərdən onların incidiyini gördüm. Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar.
- Bəs, Bakı sizdə hansı təəssüratı oyatdı?
- Bu şəhər həm müasirdir, həm də tarixi. Bundan başqa, Bakı Şərqlə Qərbi özündə birləşdirib. Bakıda olmayan insanlara mütləq bu şəhərə getməyi tövsiyə edirəm. Şəhərin rəhbərliyi barəsində də hörmətlə onu deyim ki, onlar son illər Bakıya möhtəşəm gözəllik vermək üçün çox iş görüblər.
Aleksey Qay müsahibədə “Qəbələ” klubu barədə də danışıb.
- Digər postsovet ölkələrində olduğu kimi, maliyyə böhranı Azərbaycana da təsir etdi və nəticədə klubların büdcəsi azaldıldı. Ona görə də ölkə futbolunun öncülləri son illər zəif çıxış edirlər. “Neftçi” və “İnter” zəifləyib. “Qarabağ” və “Qəbələ” isə aparıcı klub mövqeyinə çıxıblar. Onların maliyyə vəziyyəti sabitdir. “Qəbələ”nin gənc və iddialı rəhbəri var. O, komandasını yüksək yerlərdə görmək istəyir. Bunun üçün də kluba Roman Qriqorçuku dəvət edib. Onun rəhbərliyi altında komanda dalbadal ikinci ildi Avroliqanın qrupunda oynayır.
- Sizi “Qəbələ”yə Roman Qriqorçuk dəvət etmişdi?
- Hə. Ukraynada vəziyyət yaxşı deyildi. “Çernomorets”in yaşaması üçün ümid yox idi. Buna görə də Roman Qriqorçuk özünə yeni iş yeri axtarırdı. O demişdi ki, gedəcəyi kluba məni də özüylə aparacaq. Ona görə də internetdə Qriqorçukun hansı komandaya gedəcəyi barədə xəbərləri izləyirdim. Və bir gün onun “Qəbələ”yə getdiyini öyrəndim. Tezliklə zəng vurub məni komandasına dəvət etdi.
- Bu mütəxəssisin məşqçilik dəst-xəttini necə xarakterizə edərdiniz?
- Roman İosifoviç futbolun fanatıdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk ona təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.
- Ötən mövsüm Avropa Liqasında "Krasnodar", PAOK və Dortmund "Borussiya"sı ilə bir qrupda olarkən əvvəldən özünüzü "sirli at" sayırdınız?
- Necə deyərlər, iştah diş altında olur. Biz sonda topladığımızdan daha çox xal yığa bilərdik. Konkret, Krasnodarda 1:2 hesabı ilə uduzduğumuz matçda heç də pis oynamadıq, yetərincə qol imkanımız oldu. Üstəlik, baş hakim qolumuzu saymadı. Ancaq əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür