Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yarışların 4-cü və 5-ci günündə qadın güləşçilər arasında qaliblər müəyyənləşib.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, üç güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 1 gümüş və 1 bürünc medalla başa vurub. Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı beşinci sırada tamamlayıb.
Medal sıralamasına görə, Azərbaycan yığması 6-cı sırada qərarlaşıb. İlk sıranı 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız dördüncü yeri tutub. Komanda hesabında 23 xal toplayan yığmamız, Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.
Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 5-ə çatdırıb. Bunlardan 2-si gümüş, 3-ü bürünc əyarlıdır.
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib