İlk medalımızı o qazandı - Paralimpiya Oyunları

İlk medalımızı o qazandı - Paralimpiya Oyunları
OLİMPİYA-2016 9 Sentyabr 2016 / 01:09 6708
-  A +

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb.

66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Helison Oliveyranı məğlub edib.

Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib.

Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər