Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.
Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani və Fəridə Əzizova bu gün mübarizəyə qoşulub.
Kişilər, 80 kq
80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.
Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.
Finala çıxmaq uğrunda britaniyalı Lutalo Muhammed ilə qarşılaşan idmançımız 7:12 hesabı ilə uduzub. O, bürünc medal uğrunda mübarizədə Pyotr Pazinski (Polşa) ilə görüşüb. Görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirən idmançımız bürünc medal qazanıb.
Qadınlar, 67 kq
Qadınların yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova (67 kq) 1/8 finalda amerikalı Peyc Makferson ilə qarşılaşıb. London Olimpiadasının gümüş medalçısına 6:5 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib. Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız 5:6 hesabı ilə uduzub. Fəridə bürünc medal uğrunda mübarizə aparıb. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.
Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı