Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən 3 idmançı dopinqə görə cəzalandırılıb.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən onlardan ikisi yarışlardan kənarlaşdırılıb, birinin isə akreditasiyası müvəqqəti olaraq ləğv edilib.
94 kq çəkidə mübarizə aparan 27 yaşlı polşalı ağır atlet Tomaş Zielinskinin dopinq testində istifadəsi qadağan olunan "Norandrosterone" preparatı aşkarlanıb.
Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən 33 yaşlı bolqarıstanlı Sivia Danekovanın testində qadağan edilən "EPO" maddəsi aşkarlanıb. Nəticədə CAS hər iki idmançının "Rio-2016"dakı nəticələrini silib və akreditasiyalarını ləğv edib.
Qadınlar arasında 100 metr məsafəyə kəpənək və 50 metrə sərbəst üzmə yarışlarında çıxış edən Çin idmançısı Çen Xinyinin qanında isə "hydrochlorothiazide" maddəsi aşkarlanıb. 18 yaşlı idmançının akreditasiyası müvəqqəti olaraq ləğv edilib.
Qeyd edək ki, dopinq məsələlərini həll etmək üçün CAS-ın Rio-de-Janeyroda iki ofisi fəaliyyət göstərir.
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”