“Qarabağ”ın Avroliqanın pley-off mərhələsində İsveçin “Höteberq” komandasıyla düşməsi bu ölkədə yaşayan azərbaycanlıların sevincinə səbəb olub.
Qol.az saytının müxbiri ilə söhbətində Höteberqdə yaşayan soydaşımız Kənan Rüstəmov bildirib ki, Ağdam klubunu bu şəhərdəki oyunda güclü dəstək gözləyir.
“Burada güneyli-quzeyli 30 minə yaxın azərbaycanlı yaşayır. Onların sırasında minlərlə şəxs Azərbaycan Respublikasından olanlardır. Əksəriyyəti də Qarabağ bölgəsini və Ağdamı təmsil edir”.
K.Rüstəmov deyib ki, hazırda onlar “Qarabağ”ın Höteberqə gələcəyi günü və oyunu səbirsizliklə gözləyirlər. "Biz "Qarabağ"a burada dəstək olmağa hazırıq" - deyə o bildirib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur