"Qəbələ" klubunu təbrik edirəm. Azərbaycanlılar bizə oyuna daha yaxşı hazırlaşan komandanın qələbə qazandığını bir daha sübut etdi".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"yə məğlub olaraq (1:1, 0:1) mübarizəni dayandıran Fransanın "Lill" klubunun futbolçusu Renato Çivelli deyib.
Mərkəz müdafiəçisi "Qəbələ"nin qələbə qazanmasını belə şərh edib: "Rəqib bu oyunda elə çıxış etdi ki, sanki sonuncu matçları idi. Top uğrunda mübarizəmiz alınmırdı. Düşünürəm ki, bizdə hücum qurmaq haqda qərarlar yox idi. Boşluqlar olsa da, yararlana bilmədik. Taktiki baxımdan "Qəbələ" çox hazır idi. Bu məğlubiyyət bizim üçün gözlənilməz oldu. "Qəbələ" ilə oyun mənim Avropa Liqasında oynamaq üçün sonuncu şansım idi. İstənilən halda məğlubiyyət bizim üçün ağır zərbə oldu".
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur