"Qəbələ"yə öz oyunumuzu diktə etməyə çalışacağıq"

"Qəbələ"yə öz oyunumuzu diktə etməyə çalışacağıq"
ÖLKƏ FUTBOLU 29 İyul 2016 / 13:35 5807
-  A +

"Avrokuboklarda ev oyununda qeydə alınan heç-heçə yaxşı nəticə deyil. İndi cavab görüşündə "Qəbələ"yə öz oyunumuzu diktə etməyə çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Lill"in yarımmüdafiəçisi İbrahim Amadu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına deyib.

Amadu Bakıda onları çətin oyunun gözlədiyini bildirib: "İlk hissədə oyunumuzda lazımi temp yox idi. Ona görə də rəqib tez-tez kəskin hücumlar təşkil edirdi. Lakin fasilədən sonra hər şey dəyişdi. Biz daha güclü oynadıq. Təəssüf ki, qol imkanlarından yararlana bilmədik. Cavab görüşü çətin olacaq, amma biz qələbəyə oynayacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 4-də Bakıda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər