"Qəbələ" səddini keçməliyik" – "Lill"in futbolçusu

"Qəbələ" səddini keçməliyik" – "Lill"in futbolçusu
ÖLKƏ FUTBOLU 29 İyul 2016 / 01:09 8269
-  A +

"Oyuna görə məyusuq. Çünki qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyduq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Lill"in yarımmüdafiəçisi Erik Boteak Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına deyib.

Boteak komandasının "Qəbələ" səddini keçməli olduğunu bildirib: "Unutmayaq ki, çox futbolçularımız daha öncə avrokubok matçlarında oynayıblar. Ona görə də bir qədər stress var idi. Matç bizim üçün çətin başladı. Ancaq oyunumuzu artıracağımıza inanırdıq. Hesabı bərabərləşdirdikdən sonra xeyli qol imkanlarımız oldu. Lakin təəssüf ki, bunlardan yararlana bilmədik. İndi qarşıda cavab oyunumuz var. "Qəbələ" səddini keçməliyik. Bunu mütləq etməliyik".

Daha çox


Son xəbərlər