AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qol.az saytına müsahibəsi
- Topaz Premyer Liqasında iştirak etmək üçün 8 komandaya lisenziya verildi. Çempionat keçirmək üçün komanda tapılmır. Bu durumla bağlı fikirlərinizi bilmək istərdik.
- Mən inanıram ki, komanda tapacaqlar, 8 komanda olmayacaq.
- Komandanı tapmaq lazımdır, yoxsa özü gəlməlidir?
- Gəlməlidir, hökmən yetişib gəlməlidir. Təəssüf ki, gələ bilmirlər. Ona görə də tapmaq lazımdır.
- Sizcə, 8 komanda ilə çempionat necə olar?
- Mən 8 komandanın olacağına inanmıram. Onda belə getsə, 2 ildən sonra Azərbaycanda komanda qalmayacaq. Belə çıxır ki, çempionat keçirmək üçün komanda tapılmayacaq. Ancaq bu il 10 komanda olacağını bilirəm.
- Söhbət açdığımız problem artıq bir neçə ildir ki, təkrarlanır.
- Deməli, Azərbaycan da futbol çökür. Artıq klub prezidentləri də əvvəlki kimi maraq göstərmir. Baxın, necə klub prezidenti qıraqda qaldı.
- Məşqçilər Komitəsinin bu durumla bağlı təklifləri var?
- Əlbəttə, biz hər dəfə bu məsələlərlə bağlı tövsiyələrimizi veririk, səsimizi çıxarırıq. Ancaq gərək axı bizə də qulaq asalar.
- “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması ilə bağlı nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran” kimi komanda artıq yoxdur. Bu, necə qəbul oluna bilər?
- Yəqin əzəli rəqibinizin bu durumu sizə də pis təsir edir.
- Təbii ki, məyus oldum. İnsan öz rəqibini itirəndə də pis olur. Siz təsəvvür edin ki, 2-3 il bundan əvvəl çempionat başlayanda 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdı. İndi isə təkcə “Qarabağ” var. Belə çempionat olar?
- Bəlkə, “Xəzər Lənkəran”da ötən ildən başlayan bu eniş onun əsas rəqiblərindən olan “Neftçi”yə də təsir etdi?
- Razıyam, ola bilər. Təbii ki, rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz.
- “Neftçi” bəlkə də tarixinin ən uğursuz dövrünü yaşayır. Sabiq komandanızdan Avropa Liqasından nə gözləyirsiniz?
- Mənim dövrümdə “Neftçi”nin necə çıxış etdiyini görmüşdünzü? Özü yıxılan ağlamaz. Mən sonuncu dəfə Avroliqanın “pley-off”unda dayandım. Dayanmağımızın da səbəbləri var idi.
- Səbəb nə idi?
- Bir sıra səbəb var. Bunu klub özü axtarmalıdır. Mən desəm, həqiqətə uyğun olmaz.
- Klub heyəti gücləndirməl idi, ancaq bunu etmədi?
- Bəli, etmədi.
- “Qəbələ” və “Kəpəz” də ölkəmizi Avropa Liqasında təmsil edəcək.
- Gərək “Qəbələ” bizi heç qayğılandırmasın. Bu komanda üçün hər cür şərait yaradılıb. Komandaya yalnız oynamaq qalır. Ötən mövsüm “Qəbələ”də dünyanın hər yerindən futbolçu oynayırdı. Qriqorçuk bu heyətlə daha artığını etməlidi. “Kəpəz” və “Qəbələ”nin nə edəcəyinə gəlincə, bunu zaman göstərəcək. Hazırlıq və heyət formalaşdırmaqdan çox şey asılıdır.
- “Qarabağ” Çempionlar Liqasında bizi təəccübləndirə bilər?
- “Qarabağ” bu gün Azərbaycanın ən ali komandasıdır və təkdir. Qurban Qurbanov çox diqqətli məşqçidir. Lazım olanı edəcək.
- Qarşıdan Avropa çempionatı gəlir. Hansı komandaya azarkeşlik edirsiniz?
- Ən çox sevdiyim komanda Almaniya millisidir. İnanıram ki, onlar bu çempionatda sensasiya edəcək.
- Yəni Almaniyanın hansısa uğuru sensasiya sayılacaq?
- Bu il güclü komandalar çoxdur. O baxımdan deyirəm
Ramiq AĞAMƏMMƏDOV
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi