La Liqada tarixi rekorda imza atdı

La Liqada tarixi rekorda imza atdı
DÜNYA FUTBOLU 23 Noyabr 2026 / 08:10 140
-  A +

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında qələbə sayına görə yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, argentinalı mütəxəssis buna ölkə çempionatının 13-cü turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.

Madrid klubunun rəsmi saytının məlumatına görə, bu, Simeonenin La Liqada baş məşqçi kimi 345-ci qələbəsi olub (567 matçda). 

O, bununla da Luis Araqonesin rekordunu yeniləyib. Araqones 756 matçda 344 qələbə qazanmışdı.

Simeonenin La Liqadakı ümumi göstəricilərində 123 heç-heçə və 99 məğlubiyyət də var.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran 56 yaşlı mütəxəssis İspaniyada yalnız bu komandaya rəhbərlik edib.

“Atletiko” cari mövsüm La Liqada keçirdiyi 13 oyunda 31 xal toplayıb və turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner