Lamin Yamal "Sabah"a 1 qol vursa...  - UEFA nə yazır?

Lamin Yamal "Sabah"a 1 qol vursa...  - UEFA nə yazır?
ÇEMPİONLAR LİQASI 23 Noyabr 2026 / 10:21 250
-  A +

UEFA-nın rəsmi saytı bu həftə Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” matçına klublara dair diqqətçəkən faktlara və və əsas statistik göstəricilərə dair yazı dərc edib.

QOL.az saytı həmin yazını təqdim edir:

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda debütant “Sabah” nüfuzlu rəqiblə qarşılaşacaq. Beşqat Avropa çempionu “Barselona” Azərbaycana səfər edəcək.

Əvvəlki görüşlər

Bu, komandalar arasında ilk qarşılaşma olacaq. Eyni zamanda, hər iki klub ilk dəfə rəqibinin təmsil etdiyi ölkənin komandası ilə üz-üzə gələcək.

Komandaların Avropa təcrübəsi

“Sabah”

“Sabah” bu mövsümə qədər heç vaxt Avropa Çempionlar Kubokunda və ya Çempionlar Liqasında iştirak etməyib.

Ümumiyyətlə, bu, Azərbaycan klubunun avrokuboklarda dördüncü mövsümüdür. “Sabah” 2023/24 mövsümündə UEFA Konfrans Liqasında debüt edib və həmin vaxtdan ardıcıl dörd mövsümdür Avropa turnirlərində çıxış edir. Komandanın əvvəlki üç avrokubok mövsümünün hamısı Konfrans Liqasının üçüncü təsnifat mərhələsində başa çatıb.

“Barselona”

“Barselona” Çempionlar Liqasının əsas mərhələsində 31-ci mövsümünü keçirir. Kataloniya klubu bu göstəricidə “Real”la birlikdə rekordçudur. “Barselona” 2003/04 mövsümündən etibarən turnirin bütün mövsümlərində iştirak edib.

Ötən mövsüm Liqa mərhələsini 5 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə beşinci pillədə başa vuran Hans-Diter Flikin komandası 1/8 finalda “Nyukasl”ı iki oyunun nəticəsinə görə 8:3 hesabı ilə məğlub edib. Lakin 1/4 finalda İspaniyanın digər təmsilçisi “Atletiko”ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Maraqlı faktlar və statistika

“Sabah”la bağlı

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Barselona”nın qapıçısı Voyçex Şensnı Polşa millisində komanda yoldaşı olublar. Onlar sonuncu dəfə 2024-cü ilin martında birlikdə meydana çıxıblar.

“Sabah” bu mövsüm Çempionlar Liqasında 7 qələbə qazanıb və 5 dəfə məğlub olub. Komanda 5 matçda qapısını toxunulmaz saxlayıb. Azərbaycan təmsilçisi 4-cü turda səfərdə “Vikinq”ə 1:4 hesabı ilə uduzub.

“Sabah”ın avrokuboklarda keçirdiyi 13 ev oyununun heç biri heç-heçə başa çatmayıb: 8 qələbə, 5 məğlubiyyət.

Komanda bu mövsüm Liqa mərhələsində yeganə xallarını 2-ci turda Bakıda “Slaviya”nı 2:0 hesabı ilə məğlub etməklə qazanıb. “Sabah”ın UEFA turnirlərində keçirdiyi 26 oyunun heç biri qolsuz heç-heçə ilə nəticələnməyib.

“Barselona” ilə bağlı

“Barselona” Çempionlar Liqasında keçirdiyi son 11 oyunun yalnız 2-də məğlub olub: 8 qələbə, 1 heç-heçə. Kataloniya klubu bu mövsüm keçirdiyi 4 oyunun 3-də qalib gəlib. Son matçında “Aston Villa”nı evdə 3:0 hesabı ilə məğlub edib.

“Barselona”nın qrup və Liqa mərhələlərində keçirdiyi son 22 oyunun hər birində ən azı 3 qol vurulub. Həmin 22 qarşılaşmada ümumilikdə 105 qol qeydə alınıb. Bu, hər oyuna orta hesabla 4,77 qol deməkdir. “Barselona” qrup və Liqa mərhələlərində keçirdiyi son 19 oyunun 17-də ən azı 2 qol vurub.

Kataloniya klubu qrup və Liqa mərhələlərində səfərdə keçirdiyi son 12 oyunun hamısında qol buraxıb.

Futbolçuların fərdi rekordları

Lamin Yamal

5-ci turun oyun günü 19 yaş 135 günlük olacaq Lamin Yamal Çempionlar Liqasında 15 qola çatan ən gənc futbolçu olmaq üçün cəmi 1 qol vurmalıdır. Hazırkı rekord Erlinq Haalanda məxsusdur. Norveçli hücumçu 15 qol həddinə 20 yaş 126 günlük olarkən çatıb. Yamal Çempionlar Liqasında keçirdiyi son 9 oyunun 7-də fərqlənib.

Rafinya

Rafinya Çempionlar Liqasında “Barselona”nın heyətində 23 qol vurub. O, bu göstəricidə Robert Levandovski ilə birlikdə klub tarixinin üçüncü ən məhsuldar futbolçusudur. Siyahıya Lionel Messi (120 qol) başçılıq edir. İkinci pillədə Luis Suares (25 qol) qərarlaşıb.

Braziliyalı futbolçu Çempionlar Liqasında keçirdiyi son 26 oyunda 23 qol vurub. Onun son 4 qarşılaşmada aktivində 6 qol var.

Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri noyabrın 25-də – “Sabah”la oyun günü 24 yaşını qeyd edəcək.

Xatırlatma:

Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı noyabrın 25-də, yerli vaxtla saat 21:45-də başlanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner