“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu

“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
ÖLKƏ FUTBOLU 23 Noyabr 2026 / 11:06 132
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klismanın QOL.az saytına müsahibəsi
 
- Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Araz-Naxçıvan”a qalib gəldiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Çətin meydan amil var idi. Buna baxmayaraq, çalışırdıq öz oyunumuzu nümayiş etdirək. Düşünürəm ki, yaxşı çıxış etdik, layiq olduğumuz 3 xalı qazandıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizim tərəfimizdə idi. 3 qol vurduq. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır. 

- Belə görünür ki, çempionatdakı  fasilə “Neftçi”yə mənfi təsir göstərməyib...

- Əksinə, bu, bizə çox kömək olur. Siz bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik. 

- “Araz-Naxçıvan”ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Üfüqdə qış çempionluğu görünür?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik

- Maraqlıdır, “Araz-Naxçıvan”ın qapısından keçirdiyiniz qolda zərbə endirirdiniz, yoxsa asma idi?

- Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm. 

- Bir dəfə ayın qolu layihəsində birinci seçilmisiniz. Necə düşünürsünüz, bu qolla yenidən qalib ola bilərsiniz?

- Sözün düzü, hazırda yalnız öz oyunlarımıza köklənmişəm. Digər qolların əksərini görməmişəm. Ona görə indidən qəti fikir bildirmək çətindir. Amma əlbəttə ki, yenidən qalib olsam, çox sevinərəm. 

- “Qarabağ”la oyundan sonra sizə sual verilmişdi ki, bu matçı sizin karyeranızın ən yaxşı matçı hesab etmək olar? Siz isə bəli demişdiniz və bildirmişdiniz ki, mənim mövqeyim elədir ki, tez-tez fərqlənmək olmur. Maraqlıdır ki, “Araz-Naxçıvan”la görüşdə yenidən dubl etdiniz...

- Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da “Neftçi”nin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner