"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı

"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
DÜNYA FUTBOLU 23 Noyabr 2026 / 01:56 119
-  A +

UEFA Çempionlar Liqasının 5-ci turunda "Sabah"ın rəqibi olacaq "Barselona" Bakıya qələbə ilə gəlir.

QOL.az xəbər verir ki, Kataloniya klubu İspaniya La Liqasının 13-cü turunda öz meydanında "Vilyarreal"la qarşılaşıb.

Hans-Diter Flikin komandası ilk hissədə 0:2 geridə olsa da, ikinci hissədə 3 qol vuraraq əzmkar qələbə qazanıb.

"Barselona" - "Vilyarreal" - 3:2
Qollar:
Martin 57, Fermin Lopez 61, Navarro 67-avtoqol - Buçanan 5, Oluvaseyi 7

"Barselona" hazırda 36 xalla La Liqanın lideridir. "Real" 33 xalla 2-ci, "Atletiko" 31 xalla 3-cüdür.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də başlayacaq.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner