“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”la heç-heçə etdikləri matçı (0:0) şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:
"Bu gün Azərbaycanı ölkə xaricində ən yaxşı şəkildə təmsil edən komandaya qarşı oynayırdıq. Bilirdik ki, güclü rəqiblə qarşılaşacağıq. Çox çətin və ağır oyun oldu. Ən yaxşı matçlarımızdan birini keçirdik. Birinci hissədə qol imkanlarından yararlansaydıq, hətta qalib də gələ bilərdik. “Qarabağ”ın da qol epizodları var idi. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Stadionumuzu dolduran azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik. Futbolçularıma da minnətdaram".
- İkinci hissədə ilk hissədəki kimi oynamadınız, daha çox müdafiəyə çəkildiniz. Bu, nə ilə bağlı idi?
- Məni sevindirən məqamlardan biri komandamızın qol buraxmaması oldu. Son oyunlarda da az qol buraxırıq. Bunun səbəblərindən biri kompakt oynamağımız və rəqibi əks-hücumlarda cəzalandırmağa çalışmağımızdır. İkinci hissənin əvvəlində də qol imkanımız oldu. Oyunlarda rotasiyalar edirik. Etiraf edim ki, geniş ehtiyat qüvvəmiz yoxdur. Heyətə baxsanız, 7-8 futbolçumuz hər oyunda meydanda olur. Yorğunluq da qaçılmazdır. Çalışırıq ki, futbolçularımız tez bərpa olunsunlar.
- “Kəpəz” hələ də avrokuboklar zonasındadır. Azarkeşlər də komandadan bunu gözləyirlər. Bu məqam sizi narahat edir?
- Açığı, narahatam. Əlbəttə, azarkeşlər “Kəpəz” üçün ən yaxşısını istəyirlər. Amma reallıqlar da var. Futbolda maliyyə böyük rol oynayır. Komandamızın büdcəsi bəllidir və bu imkanlar daxilində maksimum nəticə qazanmağa çalışırıq. Qorxuram ki, avrokuboklarla bağlı gözləntilər klub daxilində də təzyiq yaratsın və eyforiyaya qapılaq. Çempionata hansı məqsədlə başlamışıqsa, ilk növbədə ona çatmağa çalışırıq. Təbii ki, kim istəməz ki, imkanı varsa, daha irəli getsin? Avrokuboklara vəsiqə qazansaq, bu, böyük sensasiya olar. Sevindirici haldır ki, artıq heç kim “Kəpəz”lə oyuna asan qələbə kimi baxmır. Komandamıza hörmətlə yanaşırlar. Bu, şəhərimiz və klubumuz üçün vacibdir, futbolçuların özünəinamını da artırır.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı