“Mançester Yunayted”ə qayıda bilər

“Mançester Yunayted”ə qayıda bilər
DÜNYA FUTBOLU 22 Noyabr 2026 / 22:30 172
-  A +

“Napoli”nin yarımmüdafiəçisi Skott MakTominay 2027-ci ildə “Mançester Yunayted”ə qayıda bilər.

QOL.az xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, 29 yaşlı şotlandiyalı futbolçunun “Napoli” ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqları hələlik nəticə verməyib.

Onun hazırkı müqaviləsinin başa çatmasına il yarım qalıb. Futbolçunun nümayəndələri artıq karyerasını davam etdirmək üçün mümkün variantları araşdırırlar. MakTominayın potensial transfer imkanları barədə “Mançester Yunayted”ə də məlumat verilib. İngiltərə klubunun rəhbərliyi onun qayıdışını istisna etmir.

Qeyd edək ki, “Mançester Yunayted” yeni baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. MakTominay isə 2024-cü ilin yayında Mançester təmsilçisindən ayrılıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner