Debütdə 100 illik antirekord təkrarlandı

Debütdə 100 illik antirekord təkrarlandı
ÖLKƏ FUTBOLU 23 Noyabr 2026 / 09:28 144
-  A +

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasında uğursuz debüt edib.

QOL.az xəbər verir ki, argentinalı mütəxəssisin rəhbərliyi altında ilk oyununa çıxan Mançester təmsilçisi İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə “Liverpul”a 0:4 hesabı ilə uduzub.

“Opta Analyst”in məlumatına görə, Poçettino bununla da “Mançester Yunayted” tarixində debüt matçında ən böyük hesablı məğlubiyyətə uğrayan baş məşqçilərin antirekordunu təkrarlayıb.

Daha əvvəl belə nəticə 1926-cı ilin oktyabrında qeydə alınmışdı. Həmin vaxt Lal Hildiçin rəhbərliyi altında ilk oyununu keçirən “Mançester Yunayted” İngiltərə çempionatında “Bolton”a 0:4 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlində 19-cu, “Liverpul” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner