Avstriyada təlim-məşq toplanışda olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qol.az saytının bu ölkəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
Xorvatiyalı mütəxəssis komandanın hazırkı durumu, bu gün Makedoniya ilə keçiriləcək yoldaşlıq oyunu haqda danışıb.
- Komandada son durum necədir? Bugünkü oyuna motivasiya necədir?
- Bugünkü oyuna motivasiya yetəri qədər yüksəkdi. Düşünürəm ki, futbolçulara bu oyunun əhəmiyyəti barəsində nəsə xüsusi bir şey danışmağa gərək yoxdur. Daha əvvəl Makedoniya ilə milli səviyyəsində 5 oyun olub ki, onun 4-də biz məğlub olmuşuq, birində isə heç-heçə qeydə alınıb. Sabah birinci növbədə yaxşı oyun göstərmək istəyirik. Komandam hazırda tam heyətlə çalışır, “Neftçi” və “Qarabağ”ın oyunçuları toplanışa qoşuldular. Makedoniya güclü komandadır. Bir neçə oyunçuları İtaliyada oynayır, yaxşı gəncləri var. Bilirik ki, bizi çətin matç gözləyir.
- Bugünkü oyunda qeydə alınacaq heç-heçə uğurlu nəticə sayılacaqmı?
- Mənim üçün nəticə vacib deyil. Əlbəttə heç kim qələbədən imtina etməz, ancaq bu toplanışdı – yoxlama və sınaqlar seçmə mərhələyə hazırlıq üçündür. Əsas vacib olan "DÇ-2018"in seçmə mərhələsində ilk matçda San Marinoya qalib gəlməkdir.
- Böyük klublarda çıxış etmiş bir keçmiş futbolçu kimi, Prosineçki “Xəzər Lənkəran” kimi bir klubun dağılması haqda nə deyə bilər?
- Son vaxtlar bir çox klublarımızda maliyyə problemləri yaşanır ki, buna görə də çempionatın səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələndə tamamilə fərqli “Neftçi” və “İnter” gördüm. “Xəzər Lənkəran”ın olmaması Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maddi vəziyyət düzələcək və hər şey yaxşılığa doğru dəyişəcək. “Qarabağ” bu mövsüm rəqabətsiz və öz oyununu göstərə bilməyərək çempion oldu.
- Növbəti mövsüm böyük ehtimalla 8 komanda ilə keçiriləcək. Sizcə hansı reqlamentdən istifadə olunmalıdır?
- Birinciliyin səviyyəsi qalxsa, bu, milliyə də yaxşı təsir edəcək. Mənim üçün çempionatın səviyyəsi çox önəmlidir. İstərdim ki, gələn mövsüm 10 komandalıq birincilik izləyək. Hansı formatda olacağı haqda mən nəsə deyə bilmərəm, əsas odu ki, səviyyə qalxsın.
- Azərbaycanda çıxış edən legionerlərin milliləşdirilməsi barədə sizin fikirləriniz necədir?
- Milliləşdirmə asan yoldu. Əlbəttə, əgər əcnəbilərdən kimsə, millini gücləndirə biləcəksə, bu yaxşı olar. Ancaq gəlin uşaq futboluna diqqət ayıraq. Öz Almeydamızı və Reynaldomuzu yetişdirməliyik.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı