“Sabahkı oyuna motivasiya yetəri qədər yüksəkdi. Düşünürəm ki, futbolçulara bu oyunun əhəmiyyəti barəsində nəsə xüsusi bir şey danışmağa gərək yoxdu. Daha əvvəl Makedoniya ilə milli səviyyəsində 5 oyun olub ki, onun 4-də biz məğlub olmuşuq, birində isə heç-heçə qeydə alınıb”.
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
“Sabah birinci növbədə yaxşı oyun göstərmək istəyirik. Komandam hazırda tam heyətlə çalışır, “Neftçi” və “Qarabağ”ın oyunçuları toplanışa qoşuldular. Makedoniya güclü komandadır. Bir neçə oyunçuları İtaliyada oynayır, yaxşı gəncləri var. Bilirik ki, bizi çətin matç gözləyir” – deyə o bildirib.
Millinin çalışdırıcısı onun üçün yaxşı oyunun əsas olduğunu qeyd edib: “Mənimçün sabah nəticə vacib deyil. Əlbəttə heç kim qələbədən imtina etməz, ancaq bu toplanışdı – yoxlama və sınaqlar seçmə mərhələyə hazırlıq üçündür. Mənim üçün əsas vacib olan DÇ-2018-in seçmə mərhələsində ilk matçda San Marinoya qalib gəlməkdir”.
Xorvatiyalı mütəxəssis Premyer Liqanın vəziyyəti haqqında da fikir bildirib: “Son vaxtlar bir çox klublarımızda maliyyə problemləri yaşanır ki, buna görə də çempionatın səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələndə tamamilə fərqli “Neftçi” və “İnter” gördüm. “Xəzər Lənkəran”ın olmaması Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maddi vəziyyət düzələcək və hər şey yaxşılığa doğru dəyişəcək. “Qarabağ” bu mövsüm rəqabətsiz və öz oyununu göstərə bilməyərək çempion oldu. Birinciliyin səviyyəsi qalxsa, bu, milliyə də yaxşı təsir edəcək".
Mənim üçün çempionatın səviyyəsi çox önəmlidir. İstərdim ki, gələn mövsüm 10 komandalıq birincilik izləyək”.
Robert Prosineçki əcnəbi futbolçuların yığmaya cəlb edliməsi barəsində suala belə cavab verib: “Milliləşdirmə asan yoldu. Əlbəttə, əgər əcnəbilərdən kimsə, millini gücləndirə biləcəksə, bu yaxşı olar. Ancaq gəlin uşaq futboluna diqqət ayıraq. Öz Almeydamızı və Reynaldomuzu yetişdirək”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür