Ruslan Abışov “Qəbələ”dən getdi

Ruslan Abışov “Qəbələ”dən getdi
ÖLKƏ FUTBOLU 27 May 2016 / 11:50 7289
-  A +

Milli komandamızın üzvü Ruslan Abışov “Qəbələ”dən ayrılıb.

Bu barədə Qol.az-a futbolçunun qardaşı Sərxan Abışov məlumat verib.

Əyalət təmsilçisi ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi komandanı tərk etməyə qərar verib.

Hazırda Avstriyada milli komandamızın düşərgəsində olan futbolçu paytaxt klublarının birində çıxış etmək fikrindədir. Onun adı "İnter"lə hallanır. 

Xatırladaq ki, 2014-cü ildə "Rubin"dən “Qəbələ”yə transfer olunan Abışov bu komandanın heyətində 44 oyun keçirib və 3 qol vurub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır