"Qarabağ”ın baş direktoru Əmrah Çəlikəlin müsahibəsi
- Mayın 24-də, "Neftçi" ilə finaldan 1 gün öncə 40 illik yubleyinizi qeyd etdiniz. Sizi ad gününüz münasibətilə təbrik edirik. Yəqin ki, komandanızdan ad gününə ən gözəl hədiyyə kimi bugünkü matçdan qələbə gözləyirsiniz...
-Təbrikə görə minnətdaram. Ad günü, yubiley, hamısı bir kənara. "Qarabağ” bu mövsüm çox böyük əziyyət çəkdi. Qurban Qurbanov başda olmaqla, komandamızın çempionluqda böyük zəhməti oldu. Bunun qarışlığını alarlar. Finalda da lazımi nəticəni qazanıb, kuboka da biz sahib olarıq.
- Siz təvazökarlıq etsəniz də, komandanız şad gününüzə bir hədiyyə etməlidir...
- Heç kəsin belə borcu yoxdur. Kuboku qazansaq, mən də çox sevinərəm. Bu, eləcə də komandamızın ən böyük istəklərindən biridir ki, kuboku başımızın üzərinə qaldıraq. Bu, hər kəsə, o cümlədən, mənə ən böyük həddiyə olacaq.
- Kubokda şanslarınız yüksək qiymətləndirilir. Çoxları "Qarabağ”ı finalın favoriti sayır...
- Məncə, "Qarabağ” favorit deyil. "Neffçi” bir addım öndədir. Ona görə ki, komandamız çempion olduğundan, futbolçular rahatlaşa bilər. Bu, istənmədən, insani faktorlarla bağlı ola bilər. Ancaq "Neftçi”nin tək yolu bu kuboku almaqdır. Biz finalın favoriti deyil, daha geridə olan tərəfik. İnanıram ki, bunu öz xeyrimiz çevriə biləcəyik.
- Komandaya stimul olmaq baxımından kuboku qazanmağın qarşılığında xüsusi mükafat nəzərdə tutulub?
- Bizim öz sistemimiz, oş prinsipimiz var. Futboçularımız, məşqçi korpusumuz da bunu çox yaxşı bilir. Ancaq bundan asılı olmayaraq, meydana nəticə qazanmaq üçün çıxırlar. Finalda da belə olacaq.
- Yəni, "Qarabağ"ın futbolçuları ilk növbədə, mükafatı yox, qələbəni düşünürlər...
- Bu, "Qarabağ"ın xüsusi ab-havasıdır. Biz yalnız qələbə qazanmaqla, hər bir nəticəyə çata bilərik.
- Finalın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu yeni qazonu xoşunuza gəldi?
- Yaxşıdır. Əsas odur ki, "Neftçi”nin üzüvlərinin, eləcə də bizim futbolçuların, Qurban Qurbanovun xoşuna gəlsin. Çünki onlar üçün düzəltmişik.
- "Qarabağ" ötən mövsüm "Tofiq Bəhramov"da oynamasa da, hər halda, bu stadion klubunuza məxsudur. Maraqlıdır ki, finalın bura salınması "Neftçi"nin etirazı ilə qarşılanmayıb?
- Mənə belə söhbət gəlib çatmayıb. Yəqin ki, "Neftçi"nin bir etirazı olsaydı, bilərdik. Bu klubun rəhbərliyi də bizim kimi futbolun inkişafı üçün çalışır və gözəl işlər görür. "Tofiq Bəhramov"u tamamilə yeniləmişik. Bu halında biz də orada oynamamışıq və hazırda bizim üçün də yad meydançadır. Çünki ot örtüyü sıfırdan salınıb. Çempionlar Liqasında həmin stadionda oynamağı nəzərdə tutmuşuq.
Mənbə: sportnet.az
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu