"Bizi çətin oyun gözləyir. "Qarabağ" bu gün Azərbaycanın ən yaxşı komandasıdır. Bizdə isə yaxşı gələcəyi olan futbolçular var".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun finalında "Qarabağ"la keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.
V.Qasımov həlledici görüş haqda bunları bildirib:
"Futbolçularıma inanıram. Onlar qələbə üçün hər şeylərini verəcəklər. Çempionatın sonlarına yaxın stabil oyun göstərirdik. Komanda daxilində sistem yaratmağı bacardıq. Oyunun favoriti "Qarabağ"dır. Ancaq mən də komandamın potensialına bələdəm. Futbolçular səhv etməsə, qələbə qazana biləcəyik. Bu gün kubok qazanmaq üçün inam və istəyimiz çoxdur. Ayltonun olmaması komandaya təsir edəcək. Onun olmamağı çətinlik yaradır. Hələ heyəti dəqiqləşdirməmişik, amma Ayltonu kimin əvəzləyəcəyini təxmini dəqiqləşdirmişik. Bizim fiaskomuz çempionatın əvvəlindən başladı. Son turlarda oyunumuzu tapdıq. "Neftçi"nin kubok istəyi daha çoxdur. Fikrimcə "Qarabağ" kuboku udduğu üçün meydançaya daha rahat çıxacaq. Futbolçu kimi "Spartak"la kubok qazanmışam, istəyirəm məşqçi kimi də uğur qazanım".
Baş məşqçi gürcüstanlı mütəxəssis Şota Arveladzenin "Neftçi"yə gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Bildiyim qədər düzgün məlumat deyil. Bu mətbuatda yazılan bir məlumatdır. Kamran Ağayevin "Neftçi"yə keçməsi ilə bağlı yayılan məlumatlara gəlincə, bundan xəbərim yoxdur. Sözün düzü, transferlə bağlı hələlik heç bir iş görmürük. Uşaqlarla danışmamışıq. Final oyunundan sonra danışıqlara başlayacağıq".
Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu