"Uzun bir yol keçdik. Futbolçularım əzmkarlıq göstərdilər. 0:2 hesabı ilə geridə olduğumuz halda, 1 xal qazana bildik. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Onları təbrik edirəm. Qismət olsa, bir də belə "Rəvan" görməyəcəksiniz. Daha baxımlı oyun sərgiləyən, daha iddialı klub görəcəksiniz. Çox sevincliyəm. Deyiləsi sözüm yoxdur. Bu, bizim son şansımız idi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqanın 36-cı-sonuncu turunda "Xəzər Lənkəran"la matçdan (2:2) sonra deyib.
O, "Xəzər Lənkəran"ın qapısına təyin edilən penalti haqda da danışıb:
"İnanın ki, çox əsəbi idim. Penalti epizodunu görə bilmədim. Amma tirdən dönən qolumuz da sayılmadı. Top qapı xəttini keçmişdi. Nə edəcəyimi bilmirdim. Bilsəydim ki, Premyer Liqada oynamayacağıq, bu oyuna gəlməzdim. Mənə rəhbərlik tapşırıq verib ki, növbəti mövsüm üçün heyəti hazırlayım. Mən də demək olar ki, 80 faiz heyəti formalaşdırmışam. Yasin Həmidlə də 1 illik müqavilə imzaladıq. Yəqin Premyer Liqada oynamaq ümidimiz olmasaydı, belə tapşırıq almazdım. Biz öz oyunumuzla elitada qalmaq istəyirdik".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb