Ukrayna millisinin oyunçularına 6 aylıq cəza

Ukrayna millisinin oyunçularına 6 aylıq cəza
GÜNDƏM 18 May 2016 / 15:02 2709
-  A +

Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi “Dnepr”in futbolçuları Roman Zozulya və Ruslan Rotana ağır cəza tətbiq edib.

Qol.az-ın “FootBoom”a istinadən yaydığı xəbərə görə, buna hər iki oyunçunun ölkə kubokunda “Zarya” ilə matçdan sonra görüşün baş hakiminə fiziki təzyiq etməsi səbəb olub. Komitənin qərarı ilə hər iki futbolçu altı ay müddətinə futboldan uzaqlaşdırılıb.

Bu qərar Zozulya və Rotanın millidəki çıxışlarına şamil olunmayıb. Ona görə də onlar baş məşqçinin dəvət göndərəcəyi halda “Avro-2016”da oynaya biləcəklər.



Daha çox


Son xəbərlər