"Qələbəyə görə hamımız şadıq. İkinci hissə bizim üstünlüyümüzlə keçdi. Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bu, futboldur və bütün komandaya təşəkkür edirəm. Komandada istək vardı. İlk oyundan sonra futbolçular öz oyunlarını tapdı".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı məlumata görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib.
Baş məşqçi Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinin son oyununda Şotlandiya üzərində qazanılan qələbədən danışıb: "Bizdə İtaliya kimi səviyyəli qapıçılar yoxdur. Sadəcə 3 qapıçımız var və biri də zədəlidir. Murad Popovun da startda meydana çıxması qapıçılar üzrə məşqçinin qərarına əsasən oldu. Bugünkü oyunda 3 zədəlimiz vardı. Şotlandiyada, eləcə də digər komandalar çox sürətlidir. Həm qaçış, həm texnika, həm də düşüncə baxımından üstündürlər. Bu da uşaq vaxtından görülən işdir. Bizdə isə çatışmayan amil budur. Uşaq futboluna diqqət yetirməliyik. Məndən olsa Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim. Belçika ilə oyunda da bir neçə epizod vardı, amma alınmadı. Heç bir komanda bu mərhələyə elə belə gəlmir. Bu təcrübələr də bizim futbolçulara gələcəkdə çox kömək edəcək. İnanırdım ki, qrupdan çıxacağıq. Portuqaliya ilə çətin olacağını bilirdim. Amma 4, 6 xalla qrupdan çıxmağın mümkünlüyünü bilirdim. Yenə də 4 xal yığdıq, amma alınmadı. Oteldə qonaqlar özləri də təəccüblənirdi ki, U-17 Avropa çempionatı bu səviyyədə keçirilmirdi. Sadəcə azarkeş azlığı vardı. Düşünürəm ki, bu turnir Azərbaycan futboluna təkan verəcək. AFFA prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gəlib komandanı təbrik etdi".
O, hakim idarəçiliyi haqda fikirlərini bildirib: "Ötən oyunda yüzdəyüz penaltimizi vermədilər. Bu mənim fikrimdir. Başqa oyunlarda da səhvlər olurdu. Hakimlər cavandır. Onları cəlb edirlər ki, gələcək də həmin hakimlərdən istifadə olunsun".
T.Həsənov milliləşdirilən futbolçuların çıxışı ilə bağlı fikirlərini bildirib: "Bizdə belə futbolçu çox deyil. Bu gün ən narazı qaldığım, böyük problemimiz hücum xətdidir. Aprelin əvvəlində Hüseyn və Elçin zədəli olmasından dolayı məşq etmirdi. Onlardan biri oynadı. Ancaq zədələri tam sağalmamışdı. Məcburiyyət qarşısında oynadırdıq. Mərkəz müdafiəçisi də elə belə mövqe deyil. Bildiyim qədər futbolçumuzu artıq bəyəniblər. Murad Mahmudov "Bavariya"nın diqqətindədir və Bernard Lipperdlə əlaqə saxlayıblar. Ancaq başqa nəsə bilmirəm".
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk