"Neftçi" ilə oyunun ağır keçəcəyini düşünürəm. Bu görüşdə qələbə qazanaraq uğurlu seriyaya imza atmaq və Avropa Liqasına vəsiqəni təmin etmək istəyirik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Braziliya mətbuatına açıqlamasında deyib.
Braziliyalı futbolçu Topaz Premyer Liqanın 32-ci turunda qarşılaşacaqları "Neftçi" ilə görüşdə onları yalnız qələbənin qane edəcəyini bildirib: "Neftçi" ilə oyunda qələbə qazanmaq asan olmayacaq. Lakin bizə 3 xal lazımdır. Əgər qalib gəlməsək, işimizi çətinə salacağıq ki, bu da komanda üçün pis nəticələnə bilər".
Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatacaq Dodo gələcək karyerası ilə bağlı qərar vermədiyini bildirib: "Qəbələ" ilə müqaviləm mövsümün sonunda başa çatır. Ancaq hələlik gələcək karyeramla bağlı qərar verməmişəm. Mövsümün son oyunundan sonra məsələyə aydınlıq gəlməsini istəyirəm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu