"Futbolçularıma nəticədən razı qalmadığımı söylədim. Qolun son saniyədə və ya ilk dəqiqədə buraxmağımızın fərqi yoxdur. Ancaq əlavə olunmuş dəqiqədə əks-hücumla uduzmaq bizim üçün xoş deyil".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının yarımfinalında "Vilyarreal"la oyundan (0:1) sonra deyib.
O, sözügedən matçda şanssız tərəf olduqlarını söyləyib:
"Cavab qarşılaşması öncəsi çoxlu problemimiz var. Ancaq bunlar bizə mane olmayacaq. Doğma meydanda daha güclü oluruq. Mübarizəni davam etdirəcəyik".
Təcrübəli mütəxəssis "Vilyarreal"la ilk oyunda cəmi bir böyük səhv etdiklərini bildirib:
"Rəqib də bu səhvimizdən istifadə edərək qol vurdu. Cavab matçına kimi tam hazır olacağıq".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu