"Birinci hissədə yaxşı oynadıq. Ancaq ikinci hissədə üstün tərəf rəqib idi. Buna baxmayaraq, biz yenə də inamlı təsir bağışladıq və yaxşı müdafiə olunduq".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Çemionlar Liqasının yarımfinalında "Bavariya" ilə ilk oyundan (1:0) sonra deyib.
O, bu nəticə ilə hansı komandanın finala yüksələcəyinin hələ müəyyənləşmədiyini bildirib:
"Onu deyə bilərəm ki, Münhenə finala yüksələcəyimizə inanaraq gedəcəyik. Cavab qarşılaşmasında "Bavariya"ya azarkeş dəstəyi olacaq. Biz isə səfərdə qol vurmağa çalışacağıq".
Argentinalı mütəxəssis komandasının qələbə qolunu vuran Saul Niqes haqda da danışıb:
"O, həmişə qol vurmaq istəyir. Niqesin çox gözəl fərdi bacarıqları var. O, hamını təəccübləndirməyə davam edəcək. Niqesə inanıram".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov