"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" ilk oyundan (1:1) sonra mətbuat konfransı keçirilib. Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, o, jurnalistlərin suallarını cavabandırıb.
- Oyunun birinci hissəsində zəif oynadıq. Ancaq ikinci hissədə yaxşı təsir bağışladıq. Hesabı bərabərləşdirdik, ancaq qələbəni gətirə bilmədik. Erik Ramosun yoxluğu öz sözünü dedi.
- Ayltonu bir ara hücumda oynadırdınız. Ancaq yenidən müdafiənin sol cinahında yer aldı. Səbəb nə idi?
- Çünki Ramosun yoxluğunda müdafiəyəmeylli oyunçuya ehtiyacımız var idi. Ona görə də Aylton müdafiədə oynadı.
- Niyə qapıçıları tez-tez dəyişirsiniz?
- Oyundan öncə hər iki qapıçı ilə söhbətləşirəm. Hər ikisinə şans verirəm. Çalışıram ki, ruhdan düşməsinlər. Hər şey ola bilər. Ola bilər ki, Qəbələdəki cavab matçında Maksim Vaylo oynasın. Düşünmürəm ki, tez-tez dəyişiklik qapıçıların sabitliyinə pis təsir göstərsin.
- Həmkarınız Roman Qriqorçuk hakimlərdən narazı qaldı. Bəs siz?
- Mən hakimlər haqda danışmaq istəməzdim. Hər insan səhv edə bilər. Mən səhvləri ilk növbədə öz komandamda axtarıram. Fərqi yoxdur, həmin səhvlər bizə olsaydı, yenə hakimlik haqda danışmazdım.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov