"Mənim "Kayrat"la müqaviləm var. Qazaxıstan millisinə gəldikdə bu ölkənin futbol federasiyasının prezidenti ilə söhbətim olub. Ona Kolumbiyada keçiriləcək dünya çempionatının sonuna qədər komandada qalacağıma dair söz vermişəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Kayrat" futzal klubunun və Qazaxıstan millisinin baş məşqçisi Kakau deyib.
Klubun rəsmi saytına danışan Kakau Azərbaycan millisindən aldığı təklifə də münasibət bildirib: "Qazaxıstanda 4 il müqaviləsiz çalışmışam. Amma mən buna əhəmiyyət vermədim. Çünki Qazaxıstan mənim ikinci evimdir. Azərbaycandan aldığım təklif təkcə maliyyə baxımından deyil, ümumilikdə çox cəlbedici idi. Ancaq təklifi qəbul etsəydim, "Kayrat"dan və Qazaxıstan millisindən ayrılmalı olacaqdım.
Mən Qazaxıstanda işimi davam etdirmək istəyirəm. Hər halda qarşıda dünya çempionatı var. Belə məsuliyyətli vaxtda komandanı qoyub-gedəcəyimi düşünənlər məni heç tanımır. Bir daha Azərbaycan tərəfinə belə maraqlı təklif üçün minnətdarlıq edirəm. Amma indi futbolçularımı ata bilmərəm".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər