"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqada AZAL-a qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Birinci hissədə oyuna nəzarət edirdik. Rəqibin şanslarını sıfıra endirmişdik. AZAL-la bəzi futbolçularının oynamaması işimizə yaradı. İkinci hisdə də rəqib meydana daha bir hücumçu buraxmaqla işimizi çətinləşdirdi. Qarşıya qoyduğumuz məqsəd 3 xal qazanmaq idi ki, buna da nail olduq. Erkən qol vurmağı qarşımıza vəzifə qoymuşduq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Onlara təşəkkür edirəm. Bizim üçün önəmli olan 3 xal idi.
- "Xəzər Lənkəran"la xalları yenidən bərabərləşdirdiniz. Premyer Liqada qalmaq şansınızı necə dəyərləndirirdiniz?
- Mən komandaya gələndə mqəsədimiz son pillədən qurtarmaq idi. Bəzi futbolçuların digər klublara keçməsi işimizi çətinləşdirdi. Sizlərə söz vermişdim ki, turnir cədvəlinin ortalarında yer alacağıq. Ancaq dediyim amil üzündən sözümü tuta bilmədim. "Xəzər Lənkəran"a baxmırıq. Mənə öz oyunum maraqlıdır. Aramızdakı xal fərqi aradan qalxıb. Gələcəkdə necə olacağını zaman göstərəcək.
- Əməkdar məşqçi adını almısınız. Bunu niyə gizli saxlalmasınız?
- Yox, belə deyil. "Əməkdar məşqçi" adı ilə bağlı sənədləri vermişəm. Buna layiqəm. 30 illik təcrübəm var. Uşaq futbolunda böyük təcrübəm var. Niyə bizdə çoxlu məşqçi yüksək dərəcəli olmasın? Mənə rəsmən təqdim olunmayıb. Bunu alandan sonra sizləri yığıb göstərəcəyəm. Mənə "Əməkdar məşqçi" yox, "Pro" kateqoriyası maraqlıdır. Onun dalınca düşmüşəm. Çünki "Əməkdar məşqçi" savad vermir. Futbolda çoxlu yetirməm var. Bir kostyum, bir köynək geyinərək Gənclər və İdman Nazirliyinə gedib alacağam (Sportnet.az)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar