"Heç vaxt ad günü keçirmirəm. Niyə? Çünki bu gün ad günü keçirirəmsə, sabah nəsə xoşagəlməz hadisə baş verir".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri aprelin 20-də 58 yaşı tamamlanmış AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.
Ad gününü ailəsi ilə birgə qeyd etdiyini bildirən B.Hacıyev buna baxmayaraq təbriklərin, hədiyyələrin çox olduğunu vurğulayıb. O, Məşqçilər Komitəsi üzvləri ilə birgə sonuncu - Mingəçevir səfərində iştirak etməməsini də ad günü ilə əlaqələndirib:
"Həddən çox təbriklər, hədiyyələr gəlir. Ancaq heç kimi dəvət etmirəm. Mingəçevirə ad günümlə bağlı getmədim. Bundan başqa həmişə səfərlərdə üzvlərlə bir yerdə oluram".
"Neftçi" ilə Avropa Liqasının qrup mərhələsinə yüklənən və dəfələrlə ölkə daxilində çempionluq qazanan 58 yaşlı mütəxəssis hələ baş məşqçiliklə bağlı təkliflərin olmadığını deyib və sabiq komandası haqda danışmaq istəməyib:
"Yaşıl meydanlar üçün darıxmışam. Təkliflər olsa, bu gündən sonra olar. Çünki bir aydan sonra çempionat başa çatır. Təklif gəlsə, əvvəlcə onu dəyərləndirmək lazımdır. Daha sonra oturub söhbət etməliyik. Ortaq məxrəcə gəlsək, işləyərəm. Əvvəl demişdim, yenə təkrar edirəm: "Neftçi" Avropa Liqasına vəsiqə qazandı, daha sonra iki komanda bu uğura imza atdı. Kim zəmanət verə bilər ki, bundan sonra 4 komandamızın hamısı qrup mərhələsinə yüksəlməyəcək? Ümumilikdə isə "Neftçi" ilə bağlı danışmaq istəmirəm. Bu mövzuda suallarınızı Vəli Qasımov və Elnur Məmmədova ünvanlasanız, daha yaxşı olar. Bir şeyi deyə bilərəm ki, mənim vaxtımdakı "Neftçi" ilə indiki "Neftçi" arasındakı fərq çox böyükdür".
Qeyd edək ki, Böyükağa Hacıyev 2011-ci ildən "Neftçi"də çalışıb. O, paytaxt klubu ilə 2 dəfə ölkə çempionatının (2011/2012, 2012/2013) qızıl medalına və eyni sayda Azərbaycan Kubokuna (2012/2013, 2013/2014) sahib çıxaraq, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır