Tuyqun Nadirov: “Heyətin gücləndirilməsinə ehtiyac var”
Yaxın vaxtlarda "Xəzər Lənkəran"a yeni sponsorlar cəlb olunacaq. Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə jurnalistlərə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O deyib ki, həmin sponsorların adları tezliklə ictimaiyyətə açıqlanacaq. Vitse-prezident klubun büdcəsinin artırılacağı barədə baş məşqçi Elbrus Məmmədovun fikirlərinə də münasibət bildirib: "Mütəmadi olaraq, klub rəhbərliyi ilə baş məşqçi arasında görüşlər olur, müzakirələr aparılır. Bu gün baş məşqçi dəyişikliyi gözlənilmir. Amma heyətin gücləndirilməsinə ehtiyac var. Komandadakı futbolçularla bağlı mövsümün sonunda qərar veriləcək".
T.Nadirovun sözlərinə görə, "Xəzər Lənkəran"ın maliyyə vəziyyəti qışdakı ilə müqayisədə müsbətə doğru dəyişib. Amma FİFA-nın futbolçulara ödəmələr barədə qərarı tam icra olunmayıb: "Pul ödəməli olduğumuz futbolçularla daim əlaqə saxlayır, müvafiq qurumlara məktublar ünvanlayır, məsələnin müsbət həllinə çalışırıq".
"Xəzər Lənkəran" rəsmisi klubun sahibi Mübariz Mənsimovun "ağ-yaşıllar"ı maliyyələşdirməkdən imtina etdiyinə dair iddialara isə belə reaksiya verib: "Klubumuzun idarə heyəti var. İdarə Heyətinin rəhbəri Mais Mənsimovdur. Mübariz Mənsimova gəldikdə, ona həftəlik və aylıq hesabat verilir. Müxtəlif fikirlər var ki, guya "Xəzər Lənkəran" Mübariz Mənsimovun marağında deyil və baş sponsor "Palmali" Şirkətlər Qrupu kluba sponsorluq etmək fikrində deyil. Bu, biznesdir. Ana sponsorun alacağı vəsaitlər var. Dünyada baş verən iqtisadi böhran bütün biznes strukturlarına təsir edir. Üstəlik, nəzərə almaq lazımdır ki, FİFA-nın qərarına əsasən, bizim 600-700 min ödəməli olduğumuz vəsait var".
DÇ-2026: Günün oyunları
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi