"Zarya"nın baş məşqçisi Yuri Vernidub oğlu Vitali Vernidubun "Qəbələ"dəki çıxışı barədə açıqlama verib.
Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, o, oğlunun "Qəbələ"dən ayrılmalı olduğunu deyib:
"O, "Qəbələ"yə keçdiyi üçün peşmandırmı? Özünün dediyinə görə, yox. Ancaq məncə, o, bu transfer üçün peşmandır. Fikrimcə, Vitali qayıtmalıdır. Çünki Vitali daha çox oynamaq istəyir. Hazırkı vəziyyətindən məmnun deyil. Bəlkə də mövsümün sonuna kimi vəziyyət düzələcək. Ola bilsin ki, "Zarya"ya qayıtsın. Mən özüm də ona demişəm, əgər istəyirsənsə, qayıt".
Y.Vernidub oğlunun "Qəbələ"yə transferinin səbəbləri barədə də danışıb:
"Mən anlayırdım ki, 29 yaş çox pul qazanmaq üçün yaxşı vaxtdır. Ona görə də bu addımı atdıq. Bundan başqa, Roman Qriqorçukun klubundan dəvət gəlmişdi. Müqavilənin şərtləri yaxşı idi".
"Zarya"nın baş məşqçisi yenidən oğlu ilə çalışmaqdan məmnun olacağını deyib: "Əgər o, istəsə, birlikdə işləməkdən şad olaram".
Qeyd edək ki, V.Vernidub ötən ilin iyununda "Zarya"dan "Qəbələ"yə transfer olunub.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video