"Qarabağ"dan mövsümün rekordu

"Qarabağ"dan mövsümün rekordu
GÜNDƏM 31 Mart 2016 / 12:36 6192
-  A +

Topaz Premyer Liqada III dövrə başa çatıb.
 
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub.

22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun komandası 18 xal topladığı II dövrədə də hamını arxada qoyub.

Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan "Qarabağ" 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb.
 
Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner