Ölkə çempionu “İnter” Azərbaycan Premyer Liqasında növbəti oyunlarının əcnəbi hakimlər tərəfindən idarə olunmasını istəyir. Bu barədə “APA-Sport”a komandanın baş məşqçisi Valentinin Xodukinin məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı klub prezidenti Georgi Nikolovla müzakirə aparıblar: “Komandamızın rəhbəri Georgi Nikolov da ikinci dövrədən oyunlarımıza əcnəbi hakimlərin gətirilməsini istəyir. Mən də bunu dəstəkləyirəm. Çünki əcnəbilər üçün hansı komandanın oyununda hakimlik etməsinin heç bir fərqi yoxdur. Meydana çıxıb, öz işini obyektiv görəcəklər, daha yerli hakimlər kimi kiməsə tərəfkeşlik etməyəcəklər”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə bununla bağlı bildirib ki, əcnəbi hakimlərin Azərbaycan çempionatında idarəçilik etməsi hələlik mümkün deyil: “Hələlik əcnəbi hakimlərin xidmətindən yararlanmaq fikrimiz yoxdur. Çünki yerli hakimlərə inam azalar. Qərəzli hakimlik yoxdursa, niyə buna getməliyik? Əgər əcnəbilərin xidmətindən yararlansaq, FİFA və UEFA bizim hakimlərə təyinat verməz. Mən hakimlərimizin tərəfini saxlamıram. Ancaq onlara sərbəstlik vermək lazımdır”.
Qeyd edək ki, “İnter” ötən mövsümün ikinci dövrəsində oyunlarını idarə etmək üçün alman hakimlərin ölkəmizə gəlişinin təşəbbüskar olub.
“Real”a keçə bilər
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi